UNİPOLYAR TRANZİSTORLAR
İş prinsipi yalnız bir işarəli yükdaşıyıcılarm (elektronların və ya deşiklərin) istifadə olunmasına əsaslanan tranzistorlara unipolyar tranzistorlar deyilir. Bu tranzistorlarda cərəyan həmin cərəyanın axdığı kanalın keçiriciliyinin elektrik sahəsi vasitəsi ilə dəyişdirilməsi yolu ilə idarə olunur. Məhz buna görə bu tranzistorları həm də sahə təsirli tranzistorlar adlandırırlar.
Bipolyar tranzistorlara nisbətən bu cihazların hazırlanma texnologiyası daha mükəmməldir, ayrı-ayrı nüsxələrinin parametrləri biri-birinə daha yaxın olur və dəyəri də kiçikdir. Bu tranzistorlar yüksək giriş müqavimətinə malik olurlar.
Cərəyan keçirən kanalın yaradılması üsuluna görə bu tranzistorlar 3 qrupa bölünür: 1) p-n keçidli; 2) qurama kanallı; 3) induksiya edilmiş kanallı tranzistorlar.
2-ci və 3-cü qrup tranzistorlara MDY-tranzistorlar (metal, dielektrik və yarımkeçirici sözlərinin ilk hərflərindən) deyilir.