p-n keçidli unipolyar tranzistorlar
Bu tranzistorun modelindən görünür ki, (şəkil 7.1 a) içərisindən cərəyan axan kanal iki p-n keçidi arasında yerləşmiş n tipli yarımkeçirici qatdan ibarətdir. Kanal cihazın xarici elektrodları ilə məftillə birləşdirilir. Yükdaşıyıcılarm (bu halda elektronların) hərəkətə başladığı elektroda mənbə (Mn), yükdaşıyıcılarm gəlib çatdığı elektroda isə mənsəb (Ms) deyilir, p tipli yarımkeçirici qatlar n qatma nisbətən daha yüksək aşqar konsentrasiyasma malikdir. Hər iki p qatı biri-biri ilə birləşib bir xarici elektroda malik olur və buna idarəedici elektrod (İE) deyilir. Tranzistorun idarəedici xüsusiyyəti ondan ibarətdir ki, U(iM) dəyişdikcə yükdaşıyıcıları tükənmiş yarımkeçirici qatdan ibarət hər iki p-n keçidin eni dəyişir, p qatında aşqarın konsentrasiyası daha yüksək olduğundan p-n keçidin eninin dəyişməsi əsasən daha böyük müqavimətli qat hesabına baş verir (Erli effekti). Bunun nəticəsində cərəyan keçirən kanalın en kəsiyi, onun keçiriciliyi və tranzistorun çıxış cərəyanı J(Ms) dəyişir.