Varikaplar
Xüsusi konstruksiyaya malik olan və dəyişən tutumlu kondensatorlar kimi istifadə edilən yarımkeçirici diodlara varikap deyilir.
Varikapm iş prinsipi elektrik keçidinin tutumunun tətbiq edilən gərginlikdən asılılığına əsaslanır. Varikapm tutumu p-n keçidinin tutumu ilə xarakterizə olunur. Məlumdur ki, keçidin həcmi yükü gərginlikdən asılı olaraq dəyişir. Ona görə müstəvi p-n keçidinin yükləri sayca bərabər, işarəcə əks olan iki keçirici səthdən ibarət sistem kimi, başqa sözlə, müstəvi kondensator kimi təsəvvür etmək olar. Keçidin həcmi yükünün dəyişməsinin bu dəyşməni əmələ gətirən gərginliyin dəyişməsinə nisbətən keçidin sədd (yük) tutumu deyilir: