Tunel diodları
Tunel diodlarmm iş prinsipi elektron-deşik keçidində baş verən tunel effektinə əsaslanır. Tunel effekti cihazın voltamper xarakteristikasında düzünə qoşulma halında əks müqavimətli hissənin yaranmasına gətirib çıxarır (şəkil 5.4ç 12 hissəsi). Şəkil 5.4a-da tunel diodunun p-n keçidin xarici gərginlik olmadığı hal üçün enerji diaqramı göstərilmişdir. Tunel effekti əsasında qonşu qata keçə bilən elektronlar oxlarla işarə olunmuşdur. Görünür ki, p qatının valent zonası və n qatının keçiricilik zonası üst-üstə düşdüyündən bu zonaların elektronları eyni enerji səviyyələrində olurlar. Fermi səviyyəsi müvafiq icazə verilmiş zonalar həddində olur. Bu səviyyədən yüksək enerjiyə malik olan elektronların sayı çox olmur. Xarici gərginlik olmayanda qarşılıqlı "sivişən" elektron axınları bərabər, dioddan keçən cərəyan isə sıfra bərabər olur.