Elektronların elektrik və maqnit sahələrində hərəkəti
Elektron mənfi yüklü elementar elektriki cəhətdən yüklənmiş hissəcikdir. Atomdaki elektronların sayı maddənin növündən asılı olur və maddənin elementlərin dövri sistemindəki atom sırasına bərabər olur. Atomlarda elektronlar nüvə ilə və bir-biri ilə qarşılıqlı hərəkətdə olurlar. Xarici orbitlərdə yerləşən elektronlar qonşu atomların təsirindən və ya başqa səbəblərdən (məsələn, qızdırma nəticəsində) öz orbitlərini tərk edə bilirlər. Bunun nəticəsində onlar sərbəst elektron olaraq atomlar arasında müxtəlif sürətlərlə və müxtəlif istiqamətlərdə hərəkət edə bilirlər. Elektrik və maqnit sahəsinin köməyilə və elektronların hərəkət yoluna maddi sədd qoymaqla onlarm hərəkətinə təsir etmək və nəticədə onlarm axmım idarə etmək mümkündür.
Elektrik sahəsində yerləşən elektronaqüvvəsi təsir edir.
Burada -elektronun yükü; E-elektrik sahə gərginliyinin vektorudur. Mənfi işarəsi onu göstərir ki, FE qüvvəsi elektrik sahə gərginliyi vektorunun (E) istiqamətinin əksinə yönəlmişdir. Elektrik sahəsinin təsirindən elektron hərəkətini sürətləndirə, yavaşıda və istiqamətini dəyişə bilər.
Maqnit sahəsində hərəkət edən elektrona onun hərəkət istiqamətinə perpendikulyar olan FM=-q(vB) qüvvəsi təsir edir. Burada v-elektronun hərəkət sürəti vektoru, B-maq- nit sahəsinin induksiyasıdır.
Maqnit sahəsinin təsirindən yalnız elektronun hərəkət sürətinin istiqamətini dəyişmək mümkündür.
Əgər elektron elektrik və maqnit sahəsi təsir edən fazada hərəkət edərsə,
ona nəticəvi qüvvəsi təsir edir.
Bu qüvvənin təsirindən elektron həm enerjisini (sürətini), həm də hərəkət trayektoriyasmı dəyişə bilər.
R. Hümbətov- Elektronika 1