Elektron cihazları haqqında ümumi məlumat

 Elektron cihazları haqqında ümumi məlumat

Elektron cihazları elə qurğulardır ki, bunların işi bərk cisimdə, mayedə, vakuumda, qazda və plazmada elektrik, istilik, optika və akustika hadisələrinin istifadə olunmasına əsaslanır.

Bu cihazların yerinə yetirdiyi funksiyalar ümumi şəkildə ya məlumatın, ya da enerjinin çevrilməsindən ibarətdir.

"Elektron cihazları" məfhumu onunla əlaqədardır ki, siqnalların və enerjinin çevrilməsi prosesləri ya elektronların hərəkəti hesabına, ya da bilavasitə onların iştirakı ilə baş verir. Qurğular məlumat siqnallarını çevirərək gücləndirmə, generasiya, məlumatı ötürmə, saxlama, yığma və məlumatı küylərdən ayırma əməliyyatlarını həyata keçirir.

Elektron qurğuları təyinatlarına, fiziki xüsusiyyətlərinə, əsas elektrik parametrlərinə, konstruktiv-texnoloji əlamətlərə, işçi mühitin növünə və s. görə təsnifatlaşdırılır.

Siqnalların növündən və məlumatın emal üsulundan asılı olaraq mövcud cihazlar elektrik-çevirici, elektrik-işıq, fotoelektrik, termoelektrik, akustoelektrik və mexanoelektrik qurğulara bölünür.

Elektrik çevirici cihazlarda yalnız elektrik siqnalları çevrilir, elektrik-işıq cihazlarında elektrik siqnalı optik (işıq) siqnalına, foto və termoelektrik cihazlarında uyğun olaraq optik və istilik siqnalları elektrik siqnallarına, akustoelek- trik-cihazlarmda akustik siqnallar elektrik siqnallarına (və əksinə) və mexanoelektrik cihazlarında mexaniki siqnal elektrik siqnalına çevrilir. Elektron cihazlarının ən böyük qrupunu elektrikçevirici cihazlar təşkil edir. Bu qrupa müxtəlif tipli yarımkeçirici diodlar, bipolyar və sahə təsirli tranzistorlar, tiristorlar, elektrovakuum lampaları, qazboşalmalı cihazlar daxildir. Elektroişıq cihazlarından işıq diodlarım, lüminessent kondensatorları, lazerləri, elektron-şüa borularını göstərmək olar. Fotoelektrik cihazlar qrupuna yarım- keçirici fotodiodlar, fototranzistorlar, fotorezistorlar aid edilə bilər. Akustoelektrik cihazlardan akustoelektrik gücləndiriciləri, generatorları, süzgəcləri, səthi akustik dalğalarda gecikdirmə xətlərini və s. saymaq olar.

İşçi mühitin növünə görə elektron cihazları yarımkeçirici, elektrovakuum, qazboşalmalı qurğulara bölünürlər.

Təyinatına və yerinə yetirdiyi funksiyaya görə cihazlar düzləndirici, generator, qoşucu, çevirici və indikasiya edən qurğulara bölünürlər. İşçi tezliklər diapazonuna görə alçaq, yüksək və ifrat yüksək tezlikli cihazlar olurlar.

Gücə görə cihazlar alçaq, orta güclü və güclü qurğulara bölünürlər. Yuxarıdakı məlumatlardan görünür ki, elektron cihazları bir-birindən kəskin fərqlənən cürbəcür qruplara bölünürlər. Buna baxmayaraq onların quruluşunda, işində və s. oxşar cəhətlər də çoxdur. Ona görə də bu qurğuların əsaslandıqları fiziki proseslərin öyrənilməsi çox vacibdir.

R.Hümbətov- Elektronika

Previous Post Next Post

Contact Form