İmpuls şəkilli siqnalların əsas xarakteristikası

 İmpuls şəkilli siqnalların əsas xarakteristikası

Cərəyanın və ya gərginliyin sxemdəki keçid proseslərinin davamiyyətindən kiçik və ya onunla müqayisə ediləcək qədər bir vaxt ərzində hər hansı sabit səviyyədən (xüsusi halda sıfırdan) bu və ya digər tərəfə dəyişməsinə impuls deyilir. İmpulslarm müxtəlif növləri olur (şəkil 1.4.): düzbucaqlı (ä) trapesiya (6), eksponensial (iti uclu) (c), mişarvari (ç), üçbucaqlı (J), iki tərəfli (iki polyarlıqlı) (e). împuls
siqnalları müsbət {a, b, ç, d) və mənfi (c) olurlar. Bu cür impuls siqnalları televiziyada geniş istifadə olunduğundan onlara videoimpulslar da deyilir. İmpuls siqnallarının digər növü radioimpulslardır. (şəkil 1.5) L/ Şəkil 1.5. Radioimpuls siqnalları Bu iki növ impulsu əlaqələndirən odur ki, radioimpulsları əhatə edən qırıq xətli əyrilər videoimpulsu təsvir edir. Qeyd emək lazımdır ki, göstərilən impulslar ideal formaya malikdir, həqiqətdə isə real impulslar öz adlarına tam uyğun formaya malik olmur. Real düzbucaqlı impuls şəkil 1.6-da göstərilmişdir. Amplitudun yarısı (0,5 Um) səviyyəsində təyin edilən zaman intervalı impulsun aktiv davamiyyəti adlanır. Hərdən onu 0,1 Um səviyyəsində də təyin edirlər. Amplitud gərginlik və ya cərəyan impulsunun ən böyük qiymətinə deyilir (Um). İmpuls ön cəbhə və arxa cəbhə anlayışları ilə də xarakterizə edilir. Ön cəbhə impulsun artması, arxa cəbhə isə azalması proseslərinin davamiyyətləri ilə müəyyən edilir.
Çox vaxt impul- sun 0,1 Um səviyyəsindən 0,9 Um səviyyəsinə artmasının davamiyyəti ilə müəyyən edilən aktiv davamiyyət tec anlayışından istifadə edilir. Anoloji olaraq 0,9 Um səviyyəsindən 0,1 Um səviyyəsinə azalma müddəti impul- sun azalma davamiyyəti tc adlanır. tec və tac tr nin bir neçə faizini təşkil edir. Onlar t„ - ə nisbətən nə qədər kiçik olarsa, impuls siqnalı bir o qədər düzbucaqlı formaya yaxın olar. Bəzən Avə A-in əvəzinə impulsun cəbhələri artma (azalma) sürətləri ilə xarakterizə olunur. Bu anlayışa ön (arxa) cəbhənin dik- liyi olunur. Düzbucaqlı impuls üçün diklik təxminən belə təyin olunur: S=Um/f?c İmpulsun cəbhələr arasındakı sahəsinə yastı təpə deyilir. U yastı təpənin səviyyəsinin aşağı düşməsini göstərir. İmpulsun enerjisinin onun davamiyyətinə nisbətinə impulsun gücü deyilir: . P;=W/t; İki qonşu eyni işarəli impulsun başlanğıcı arasındakı vaxt təkrarolunma periodu (T) adlanır. Onun əks qiymətinin impulsun təkrarolunma tezliyi adlandırırlar. f = ^ İmpulsun periodunun bir hissəsini fasilə təşkil edir. Fasilə (şəkil 1.4a) bir impulsun sonu ilə ondan sonra gələn impulsun başlanğıcına qədər olan vaxtdır: tt= T-tf.
İmpulsun davamiyyətinin təkrarolunma perioduna olan nisbətinə dolma əmsalı deyilir: y=t;/T. Bu, ölçüsüz, vahiddən kiçik əmsaldır. Dolma əmsalının əks qiymətinə bərabər olan kəmiyyətə impulsun sıxlığı deyilir: q= l/y= T/ti İmpulsun enerjisinin perioda nisbətinə impulsun orta gücü deyilir: Por= W/T. İmpulsun gücü ilə orta gücü müqayisə etsək görərik ki, onlar bir-birindən q dəfə fərqlənirlər: Pitr= PorT, Pi= PorT/ti^POr q və Рог=Р$і/Т= Pı/q Buradan belə nəticə çıxır ki, generatorun impulsda təmin etdiyi güc generatorun orta gücündən q dəfə çox ola bilər. Praktikada çox vaxt impulslar ardıcıllıqları üzərində müxtəlif çevirmələr aparılır. İmpulslar ardıcıllığı (şəkil 1.7 a) tezlik, period, sıxlıq (dolma) əmsalı və s. xarakterizə olunur. Əlavə olaraq gərginliyin (cərəyanın) period ərzində orta və təsiredici qiyməti Ut.e müqayisə üçün istifadə olunur: İmpulslar ardıcıllığı üçün Uor=Umax/q; Ut.e=Umax/^q, daha doğrusu gərginliyin təsiredici qiyməti orta qiymətdən л/q qədər böyükdür. Rəqəm texnikasında impulslar yığımı ardıcıllığı da geniş istifadə olunur (şəkil. 1.7b). Yığımların hər biri bir neçə
impulsdan ibarət olur. Burada bir yığımın daxilində impulslar arasındakı fasilə bəzən dəyişən olur. Bu parametr yığımlardan təşkil olunmuş impuls siqnalının mühüm parametridir. İmpulslar və impulslar ardıcıllığı zaman xarakteristikalarından başqa spektral xarakteristikalarla da xarakterizə olunur. Məsələn düzbucaqlı impuls orta toplanan (Uor= =Umaxt,7T) və harmonik toplananlarin cəmi kimi təsvir oluna bilər (Ä'-lıarmonikanın nömrəsidir). kmax maxsin(0,5Kco0tu) İmpuls siqnalının spektrin ayrı-ayrı toplananları birbirindən təkrarolunma tezliyi fo qədər fərqlənir. Başqa sözlə, spektrdə yalnız f» 2fo, 3fo və s. tezlikləri olur. Harmonikalarm amplitudları impulslarm amplitudlarma mütənasibdir. Ancaq sinusun arqumentinin ттг-уә bərabər (m-tam ədəddir) olduğu tezliklərdə fo= l/tit 2/tı, З/һ və s. onlar sıfıra çevrilir. Spektrin ayrı-ayrı toplananları düzbucaqlı impulsun ayrı-ayrı sahələrinin formalaşmasını müəyyən edir. Məsələn, spektrin yüksəktezlikli hissəsi əsasən ön cəbhənin, alçaqtezlikli hissəsi isə təpənin formalaşmasına sərf olunur.

Elektronika- 1, R.T.Hümbətov




Previous Post Next Post

Contact Form