Elektrik siqnalları və onların elektrik dövrələrindən keçməsi

 Elektrik siqnalları və onların elektrik dövrələrindən keçməsi

Elektron qurğularının işi onların təyinatından asılı olmayaraq bilavasitə məlumatın emalı və çevrilməsi ilə əlaqədardır. Hər hansı öyrənilən prosesin və ya obyekt haqqında bizə bilik verən xəbərlər toplusuna məlumat deyilir. Məlumat deyəndə ötürmə, bölüşdürmə, çevrilmə və ya bilavasitə istifadə obyekti olan xəbərlər nəzərdə tutulur. Eyni zamanda öz vəziyyətini zaman və məkana görə dəyişə bilən hər hansı bir məlumat mənbəyinin də olduğu nəzərdə tutulur. Bu mənbə rolunu termocütün elektrik hərəkət qüvvəsi, siqnal lampasının yanması və s. oynaya bilər. Mənbəyin vəziyyəti haqqında xəbərlər mövcud kanallar vasitəsilə xəbərlər qəbuledicisinə daxil olur. Beləliklə, ötürülən xəbəri istənilən dəqiqliklə birmənalı təsvir edən və onu emal edib məsafəyə ötürməyə yararlı olan fiziki prosesə siqnal deyilir. Siqnal qısaca olaraq özündə məlumat daşıyan fiziki prosesə deyilir. Siqnala funksional təyinatı baxımından zaman və məkanda məlumatı ötürmə vasitəsi kimi və yaxud hər hansı bir maddi məlumat daşıyıcısı kimi baxmaq olar.
Mənbə: R.T. Hümbətov Elektronika 1

Previous Post Next Post

Contact Form