Dəyişən cərəyan kontaktorlarının nüvəsi, bir üzü izolə edilmiş elektrotexniki polad vərəqələrdən hazırlanır. Və nüvənin uc hissəsində oyuqlar açılır. Bu oyuqlara mis halqalar yerləşdirilir.
Halqaların yerləşdirilməsində məqsəd, dəyişən cərəyan hər dəfə sıfır nöqtəsindən keçdikdə kontaktlar vəziyyətini dəyişməsin. Bu mis halqalar olmasa kontaktorlar titrəyişlə işləyəcəkdir.
Halqaların yerləşdirilməsində məqsəd, dəyişən cərəyan hər dəfə sıfır nöqtəsindən keçdikdə kontaktlar vəziyyətini dəyişməsin. Bu mis halqalar olmasa kontaktorlar titrəyişlə işləyəcəkdir.
Sabi cərəyan kontaktorlarının nüvəsi, tək parça yumşaq metaldan hazırlanır. Nüvənin uc hissəsində oyuqlar açılır və ora plastik halqalar yerləşdirilir. Plastik halqaların yerləşdirilməsində məqsəd, sabit cərəyan enerjisi kəsilən anda kontaktlar əvvəlki vəziyyətinə həmin anda qayıtsınlar. Çünki, sabit cərəyan kontaktorunun enerjisi kəsilsə belə cərəyan sıfıra bir neçə saniyəyə düşəcək. Məhz bu məqsədlə plastik halqadan istifadə olunur.
Müəllif:Murad Kərimov
Müəllif:Murad Kərimov