CAHİLLİK HAQQINDA ARAŞDIRMA

 


Təxminən 10 il əvvəl iki psixiatriya mütəxəssisi cahillik və özünə inam ilə bağlı bir nəzəriyyə irəli sürdülər:

"Cahillik, həqiqi bilikdən fərqli olaraq, insanın özünə olan inamını artırır."


Bu nəzəriyyə ilə əlaqədar bir araşdırma aparıldı. Fizioloji və zehni sahələrdə müxtəlif tətbiqlərin nəticəsində aşağıdakı nəticələr əldə edildi:


Bacarıqsız insanlar nə dərəcədə bacarıqsız olduqlarını başa düşə bilmirlər.


Bacarıqsız insanlar öz bacarıqlarını şişirtməyə meyllidirlər.


Bacarıqsız insanlar, həqiqətən bacarıqlı insanların bacarıqlarını görüb anlamamaqdan acizdirlər.


Təhsillə bacarıqları artırılan həmin bacarıqsız insanlar, bacarıqsızlıqlarının fərqinə varmağa başlayırlar.


Cornell Universitetində tələbələr arasında bir test keçirildi.

"Necə keçdi?" klassik sualına tələbələrdən cavablar alındı.

Sualların cəmi 10%-nə düzgün cavab verə bilməyən tələbələrin “özlərinə olan inamları” son dərəcə yüksək idi. Onların "testin 60%-nə düzgün cavab verdiklərinə", hətta "yaxşı günlərində olsalar, 70% uğur əldə edə biləcəklərinə" inandıqları ortaya çıxdı.

Sualların 90%-dən çoxuna düzgün cavab verənlər isə “ən təvazökar” iştirakçılar idi; onlar sualların yalnız 70%-nə düzgün cavab verdiklərini düşünürdülər.


Bütün bu nəticələr bir araya gətirildi və Dunning-Kruger Sindromu haqqında məqalə yazıldı:

Öz işində çox yaxşı olduğuna ürəkdən inanan ‘yetərsiz’ insan, özünü və etdiklərini tərifləməkdən, hər işdə önə çıxmaqdan və əslində bacarmayacağı işlərə iddia etməkdən heç bir narahatlıq hiss etmir! Əksinə, hər şeyin haqqı olduğunu düşünür!

Amma bu ‘cahillik və həddini bilməmək’ qarışığı peşəkar baxımdan inanılmaz bir irəliləmə gücü yaradır.

‘Mənfi cəhətlər’ karyera baxımından ‘müsbətə’ çevrilir.

Nəticədə, ‘bacarıqsız həvəskarlar’ hər zaman və hər yerdə daha sürətlə irəliləyirlər…


Bu arada, həqiqətən bilikli və bacarıqlı insanlar iş həyatında ‘həddindən artıq təvazökar’ davranaraq irəli çıxmır, yüksək vəzifələrə özləri iddia etmirlər, dəyərinin bilinməsini gözləyirlər... Əlbəttə, gözlədikcə inciyir, özlərini daha da geri çəkirlər... Çox güman ki, rəhbərləri tərəfindən də ‘həvəsizlikdə’ günahlandırılırlar."


Nə olar, həddindən artıq təvazökar olmayın!

"Siz də ətrafınıza bir nəzər yetirin" deyəcəyəm, amma əminəm ki, bu sətirləri oxuyarkən belə ağlınıza bir çox sima, bir çox ad gəldi...


Məncə, Dunning və Kruger'in bu işləri ilə 2000-ci ildə Nobel mükafatı əvəzinə Harvard Universitetinin Ig Nobel mükafatını alma səbəbi "cahil olmamaları idi."

Ürəyimin Nobelini bu iki şəxsə verərək yazımı Bertrand Russell-in bir sözü ilə bitirirəm:

"Dünyanın problemi ondadır ki, ağıllılar həmişə şübhə içindədirlər, axmaqlar isə özlərindən küstahcasına əmindirlər."

Previous Post Next Post

Contact Form