Cavab:
Öz-özünə induksiya sabit cərəyan (DC) dövrələrində baş verə bilər, bir şərt ilə ki cərəyanda dəyişmə olduqda.
Bu necə işləyir izah edim:
1. Cərəyanın ilkin dəyişməsi:
Bir DC cərəyanı başlanğıcda qoşduqda və ya ayırdıqda, cərəyan sıfırdan maksimum qiymətə yüksəldikdə və ya sıfıra endikdə qısa bir dəyişmə periodu baş verir. Bu müddət ərzində cərəyan sabit olmur, ona görə də keçiricinin(sarğacın) ətrafındakı maqnit sahəsi dəyişir. Bu dəyişən maqnit sahəsi, cərəyanın dəyişməsinə qarşı çıxan Lenz Qanununa görə, sarğac və ya dövrədə elektrik hərəkət qüvvəsi yaradır.
2. Konstant sabit cərəyan:
Sabit cərəyan, konstant səviyəyə çatdıqdan sonra maqnit sahəsi sabitləşir, beləliklə maqnit axınında əlavə dəyişiklik olmayacaq. Dəyişən maqnit seli olmadan əlavə induksiya elektrik hərəkət qüvvəsi yaranmır.
3. İnduktiv geri təpmə(kickbsck): Sabit cərəyan mənbəsini qoşduğumuz zaman cərəyanın qəfil azalması maqnit sahəsində sürətli dəyişməyə səbəb olur və bu, yenidən cərəyanın azalmasına qarşı çıxan yüksək gərginliyə (çox vaxt “induktiv geri təpmə” adlanır) səbəb ola bilər. Bu hadisə, mühərriklər və ya relelər kimi sarğaclar və ya induktorlar olan dövrələrdə qövs və ya gərginlik artımına səbəb ola bilər.
Xülasə, sabit cərəyan dövrələrində öz-özünə induksiya yalnız cərəyanın dəyişdiyi (açılan və ya qoşulan) anlarda baş verir, sabit olduqda deyil.