YARIMKEÇİRİCİ DİODLAR
Bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaza yarımkeçrici diod deyilir. Yarımkeçirici diodlar təyinatlarına, konstruktiv texnoloci xüsusiyyətlərinə və materialının növünə görə təsnifatlaşdırılır.
Təyinatlarına görə diodlar aşağıdakı növlərə bölünür: düzləndirici diodlar, impuls diodları stabilitronlar (dayaq diodları), varikaplar, tunel diodları, Şottki diodları və s.
Konstruktiv-texnoloji xüsusiyyətlərinə görə müstəvi və nöqtəvi diodlar olur.
Diodlar germaniumdan, silisiumdan, selendən, silisium karbiddən, qallium arseniddən hazırlanır.
Əksəriyyət diodlarm iş prinsipi keçiddə baş verən hadisələrə əsaslanır. Ən çox elektron-deşik keçidi, metal- yarımkeçirici təması və heterokeçidlər istifadə olunur.
Yarımkeçirici dioda elektrik dövrəsində qeyri-xətti volt-amper xarakteristikasına malik ikiqütblü kimi baxmaq olar.
Diodlar elektrik siqnalları üzərində müxtəlif çevrilmələr (düzləndirmə, detektə etmə, tezliyin çoxaldılması, işıq enerjisinin elektrik enerjisinə çevrilməsi və s.) aparır.
Elektronika- R.Hümbətov