Bipolyar tranzistorların qoşulma sxemləri və statik xarakteristikaları

 Bipolyar tranzistorların qoşulma sxemləri və statik xarakteristikaları

Elektrik dövrəsində tranzistor adətən elə qoşulur ki onun elektrodlarından biri giriş, ikincisi çıxış elektrodu, üçüncüsü isə giriş və çıxış dövrələri üçün ümumi elektrod olur. Giriş elektrodunun dövrəsinə dəyişən siqnal mənbəi} çıxış elektrodunun dövrəsinə isə yük müqaviməti qoşulur. Hansı elektrodun giriş və çıxış dövrələri üçün ümumi olmasından asılı olaraq tranzistorun üç qoşulma sxemi mövcuddur: ümumi baza ilə qoşulma, ümumi emitterlə qoşulma, ümumi kollektorla qoşulma (şəkil 6.4). Hər bir qoşulma sxemi iki statik xarakteristikalar ailəsi ilə xarakterizə olunur.



Çıxış statik xarakteristikaları ümumi emitterli sxemə uyğundur, yalnız kollektor cərəyanını emitter cərəyanı ilə əvəz etmək lazımdır. Giriş xarakteristikaları da ümumi emitterli sxemdəkilə eynidirlər, lakin onlar giriş gərginliyi rolunu oynayan kollektor keçidindəki gərginliyin qiyməti qədər sağ tərəfə sürüşdürülürlər. Sxemin keçid və tezlik xüsusiyyətləri ümumi emitterli sxemə uyğundur.
Sxem cərəyana və gücə görə gücləndirmə verir, gərginliyə görə isə gücləndrmə vermir, çünki çıxış gərginliyinin dəyişən toplananı giriş gərginliyinin dəyişən toplananından həmişə az olur. Sxemin cərəyana görə ötürmə əmsalı Je/Jb-dır. Bu sxemə bəzən emitter təkrarlayıjısı da deyilir və onun xüsusiyyətləri gələcək bölmələrin birində təfsilatilə veriləcəkdir.
n-p-n tipli tranzistorlarm uyğun qoşulma sxemlərində gərginlik mənbələrinin işarələri hər yerdə əksinə dəyişdirilməlidir.

Elektronika- R. Hümbətov
























Previous Post Next Post

Contact Form