İzolyasiya Müqavimətinin Meqometr Vasitəsilə Ölçülməsi



İzolyasiya müqavimətinin meqometr vasitəsilə
ölçülməsi.
İzolyasiya müqavimətinin ölçülməsi izolyasiyadan keçən sabit cərəyanın ölçülməsi ilə yerinə yetirilir. Həmin cərəyan meqometrin daxilində yerləşmiş sabit cərəyan generatoru vasitəsilə hasil edilir. Generatora sürət, meqometrin dəstəyini əl ilə fırlatmaqla verilir (şəkil 1.3). Dəstəyin fırlanma sürəti 120dövr/dəq yaxın olmalıdır. İzolyasiyadan keçən cərəyan, şkala bölgüsü kOm və MOm-la olan milliampermetrlə ölçülür. Ölçmənin başlanğıcında cihazın əqrəbi hərəkətə gəlir və izolyasiya tutumu (Ciz) elektrik yükü ilə tam dolana qədər hərəkət davam edir. Əqrəb qərarlaşmış vəziyyət aldıqdan sonra cihazın göstərişi qeyd edilməlidir.
Meqometrlər, yaratdığı gərginliyə görə bir-birindən fərqlənir 100V, 500V və 1000V-lu olur. Meqometr gərginliyindən şəbəkə izolyasiyasında elektrik deşilməsinin (keçiriciliyi) yaranma təhlükəsini aradan qaldırmaq üçün, alçaq gərginliyə hesablanmış şəbəkənin izolyasiya müqavimətini yüksək gərginlikli meqometrlə ölçmək yolverilməzdir. İzolyasiya müqavimətinin meqometrlə ölçülməsində aşağıdakıları yadda saxlamaq lazımdır:
1.   Ölçmə aparılan şəbəkə gərginlik altında olmamalıdır. Ona görə də ölçməyə başlamazdan əvvəl həmin şəbəkəyə enerji verən açarın açıq olmasını yoxlamaq və ölçmə zamanı işçilər tərəfindən açarın bağlanmasının qarşısını almaq vacibdir;
2.   Meqometrin yaratdığı gərginlik insan həyatı üçün təhlükəli sayıldığından, meqometrin naqillərinin ucları ölçü yerlərinə bərkidildikdən sonra ölçmə başlanmalıdır və ölçü prosesində birləşdirici naqillərin izolə olunmamış hissələrinə toxunmaq qadağandır;
3.   İzolyasiya müqaviməti ölçülərkən, meqometr izolyasiyamn tutumunu öz gərginliyinin maksimum qiymətinə qədər elektrik yükü ilə doldurur. Ona görə ölçmə prosesi qurtardıqdan sonra, müəyyən naqil vasitəsilə kabelin cərəyan keçirən naqilini gəminin gövdəsi ilə birləşdirməklə, izolyasiyanın tutum yükünü boşaltmaq tələb olunur.
Şitlərdə qurulmuş izolyasiya müqavimətini yoxlayan cihazlar vasitəsilə sutkada bir dəfədən az olmayaraq, elektrik təchizatı sisteminin izolyasiya müqavimətini ölçüb göstəriciləri jurnala yazmaq lazımdır. Ayda bir dəfədən az olmamaq şərtilə, meqometr vasitəsilə fider xətlərinin və qeyri-stasionar elektrik avadanlığının (elektrik drelləri, səyyar lampalar və s.) izolyasiya müqaviməti ölçülüb, qeyd edilməlidir.
Elektrik avadanlığının izolyasiya müqavimətinin qiyməti cədvəl 1.4 də göstərilmiş minimal buraxıla biləndən az olduqda, həmin avadanlığın istismarı dayandırılmalıdır.
Məlum olduğu kimi, izolyasiyanın temperaturu müqavimətin qiymətinə çox təsir göstərir və ölçmə zamanı səhv təsəvvür yarada bilir. Temperatur artdıqca, izolyasiya müqaviməti azalır. Soyuq kabelin izolyasiya müqaviməti minimal buraxıla biləndən yuxarı ola bilər. Lakin işçi cərəyan keçərkən, müqavimət azalaraq, isti vəziyyət üçün verilmiş minimal qiymətdən kiçik olur. Bu hall baş verməsin deyə, kabel və ya gəmi elektrik avadanlığının izolyasiya müqaviməti mümkün qədər isti halda (kabellər üçün həmin temperatur 40°C təyin edilmişdir) ölçülməlidir. Ümumiyyətlə, elektrik avadanlığının 20°C temperaturda ölçülmüş izolyasiya müqaviməti digər temperaturlara aşağıdakı ifadənin köməyilə köçürülür:
R20 - 20°C-də ölçülmüş müqavimət;
k - izolyasiya müqavimətinin temperatur əmsalıdır.
Ayrı-ayrı kabel materialları üçün k əmsalının qiymətləri cədvəldə verilmişdir.
Cədvəl 1.4
İzolyasiyanın materialı
Tempratura T
5
10
15
20
25
30
35
Rezin
0,50
0,64
0,80
1
1,35
1,82
2,46
Kremneoqranik rezin
0,3
0,45
0,67
1
1,49
2,23
3,32
Polietilen
0,12
0,25
0,30
1
2,00
4,06
8,17

Fərz edək ki, rezin izolyasiyalı kabelin 20°C ölçülmüş izolyasiya müqaviməti 0,7 Mom dur, cədvəl 1.4-də verilmiş temperatur əmsalına görə həmin kabelin 30°C –də izolyasiya müqaviməti
olacaq. Alınan nəticə göstərir ki, rezin izoiyasiyalı kabelin temperaturunun 10°C artmasilə izolyasiya müqaviməti 1,82 dəfə azalır.

Previous Post Next Post

Contact Form