SABİT CƏRƏYAN KONTAKTORLARI

Kontaktor-qəbuledicini məsafədən elektrik enerjisi şəbəkəsinə qoşmaq-açmaq üçün istifadə edilir. Sabit cərəyan kontaktorlarları bir və iki qütblü olurlar. Sabit cərəyan kontaktorunun prinsipial və funksional sxemi şəkil1 də göstərilmişdir.

Şəkil1.Sabit cərəyan kontaktorunun eskizi və kontaktların şərti işarələri

Şəkildə 1 və 2-baş kntaktın tərpənməz və hərəkət edən dodaqlarıdır, 3-kontaktorun lövbəridir, 4-kontaktorun elektromaqnitinin növəsidir, 5-kontaktor elektromaqnitinin dolağıdır. Buna kontaktorun dartma dolağı deyirlər. 6-qövssöndürmə kamerasıdır., 7-izolyasiya materialından gövdə , 8-kontakt yayı, 9-qaytaran yay.
Elektrik enerjisi qəbuledicisinin cərəyanı A ucundan   daxil olur. Kontaktorun baş kontaktının tərpənməz dolağından , baş kontatın həəkət edən dodağından , elastik cərəyan keçirici 10naqilindən keçərək B-ucundan çıxır. Kontaktorun iş prinsipi belədir-dartma dolağından cərəyan axdıqda, nüvədə maqnit seli yaranır. Maqnit seli təsirindən elektromaqnitin dartma qüvvəsi yaranır. Bu qüvvə 9 yayının qüvvəsinə üstün gəlir və lövbəri nüvəyə doğru dartır. Lövbər 13 oxu ətrafında dönərək nüvəyə sıxılır. Bunun nəticəsində baş kontaktın dodaqları bir-birinə toxunurlar. Qəbul edicinin dövrəsi qapanır və ondan cərəyan axır. Lövbərin nüvəyə doğru dartılması onunn nüvəyə sıxılmış vəziyyətdə saxlanılması və baş kontaktların bağlanması dolaqdan cərəyan axarkən baş verir. Dartma dolağından cərəyan kəsildikdə, 9 yayının təsiri altında lövbər nüvədən aralanır , baş kontaktın dodaqlarıda aralanırlar, qəbuledici mənbədən açılır. Kontaktorun baş kontaktları misdən, yaxud misin xəlitələrindən hazırlanırlar. Ondan cərəyan keçərkən həddən artıq qızmasının qarşısını almaq məqsədiylə kontakt səthləri yaxşı cilalanır və dodaqların toxunan səthlərinə təzyiq yaradılır(8 yayının köməyilə). Sabit cərəyan kontaktorlarında 11(açan) və 12(bağlayan) blok kontaktlarıda olur. Onlar kiçik cərəyanlı dövrələri açıb-bağlamaq üçün itifadə olunur. Elektromaqnitin dolağına gərginlik verilməmiş olarkən bağlı vəziyyətdə olan  kontakt açan kontakt adlanır, dolağa gərginlik verilməyən halda açıq vəziyyətdə olan kontakt bağlayan kontakt adlanır. Sabit cərəyan kontaktorlarında elektromaqnitinin nüvəsi bütöv poladdan hazırlanır. Uzun müddətdə işçi vəziyyətdə olduqda baş kontaktların səthi mis oksidi təbəqəsi ilə örtülür. Mis oksidi cərəyanı pis keçirir. Belə olduqda kontaktın cərəyana qarşı müqaviməti artır. Bu səbəbdən kontaktlar qızmağa başlayır. Həddən artıq qızma nəticəsində kontaktlar əriyib bir-birinə yapışa bilər , kontaktor işləmə qabiliyyətini itirər. Bunun qarşısını almaqdan ötrü uzun müddətli rejimdə işləyən kontaktorlarda kontaktların üzərini gümüş təbəqəsi ilə örtürlər. Gümüş demək olar ki oksidləşməyir. Lakin belə kontaktlar baha başa gəlir və tez yeyilirlər. Bu səbəbdən müasir kontaktlarda daha davamlı olan  metalkeramikadan istifadə olunur. Kontaktorun dolağı şəbəkədən açıldıqdan sonra onun ferromaqnit nüvəsində qalıq maqnit induksiyası olur. Qalıq induksiyasının yaratdığı dartma qüvvəsi açan yayın aralama qüvvəsindən böyük ola bilər. Bu halda elektromaqnitin lövbəri nüvəyə yapışmış halda qalar. Bu hadisə lövbərin yapışması adlanır. Bunun qarşısını almaq üçün nüvə ilə qütb sonluğu arasına qalınlığı 0,1-0,2mm  olan qeyri -maqnit material(məs,mis) qoyulur. 
Kontaktorun dartma dolağı emal örtüklü  nazik naqildən sarınır. Dolağın cərəyanı kiçik olur(təxminən 0,1-0,2A). Dartma dolağının vəzifəsi kontaktorun lövbərini nüvəyə doğru dartmaq və kontaktların etibarlı qapanmasını təmin etməkdir.
Kontaktor dolağının  dartma  qüvvəsi:
                      F=ф2/50002S kq
ф-kontaktorun polad nüvəsinin maqnit selidir,vb
S-nüvənin en kəsiyidir
Bu qüvvənin yaratdığı dartma momenti lövbəri öz oxu ətrafında döndərir. 
Previous Post Next Post

Contact Form