Tək istiqamətə elektrik cərəyanını keçirən bu dövrə elementinin xüsusiyyətlərindən və növlərindən bəhs edəcəyik. Yazımızda düzləndirici diod siqnal diod bir çox diyodların xüsusiyyətlərini və diod möhkəmliyinə dair məlumatları söyləyəcəyik. Bundan başqa, diodların multi metr ilə ölçülməsiylə nə kimi nəticələr çıxarılacağından danışılacaqdır.
Diod yalnız bir istiqamətdə cərərəyan keçirən dövrə elementidir. Bir istiqamətdəki müqavimətləri hiss olunmaz qədər kiçik, digər istiqamətdəki müqavimətləri isə çox böyükdür. Müqavimətin kiçik olduğu yerə düz istiqaməti, böyük olduğu istiqamətə əks istiqamət adlanır. Diod simvolu, cərəyan keçid istiqamətini göstərən bir ox şəklindədir.
Diodun ucları müsbət (+) və mənfi (-) işarələri ilə də müəyyən olunur. Müsbət uca Anod, mənfi uca Katot deyilir. Diod anoda, gərginlik mənbəyinin müsbət (+) qütbü, katoduna isə mənbənin mənfi (-) qütbü gələcək şəkildə gərginlik tətbiq olunduqda diod açılmaqa başlayar. Yuxarıda, müxtəlif diodların ayaq quruluşlarını və qütblərini görürsünüz.
Diyodları elektrik sahəsində redresor(akumlyator doldurucu), elektronikada isə, düzləndirici, detektor, modulyator, sərhələyici və açar kimi istifadə edilir. Diodların, tətbiqlərə görə fərqlənən müxtəlif növləri vardır.
Diodlardan bəziləri
1-ci Kristal Diod
2-ci Zənər Diod(stabilitron)
3-ci Tunel Diod
4-ci İşıq Yayan Diod (Led)
5-ci Foto Diod
6-ci Tənzimlənə bilən tutumlu Diod (Varaktör - Varikap)
Diodun Yoxlanılması:
Ölçü cihazının ommetr mövqeyində qırmızı uc diodun bir ucuna, qara uc digər ucuna bağlanır. Bu halda əgər ommetr aşağı müqavimət göstərirsə, ölçü cihazının ucları tərs çevrilərək bağlananda yüksək müqavimət göstərməlidir. Aşağı müqavimət göstərən halda, qırmızı ucun bağlı olduğu yer diod anod (+) ucudur. Əgər hər iki halda da aşağı müqavimət və ya yüksək müqavimət göstərsə diod zədəlidir.
Bir diod yalnız müsbətdən mənfiyə doğru keçirdiyini bilirik. Ancaq, bir dioddan cərəyan keçməsi üçün anod (+) katoda (-) nisbətən müsbət olması lazımdır. Bunu tətbiq etsək, ilk növbədə anoddakı gərginliyin katoda görə müəyyən gərginlik həddini keçməsi lazımdır. Bu vəziyyəti silisium bir diod üçün nümunə göstərsək;
Anod: 1v, Katod: 0v Anod: 10v, Katod: 9v, Anod: 5v, Katod: 6v, olanda cərəyan keçəcək, ancaq məsələn, Anod: 5v, Katod: 6v olanda Cərəyan keçməyəcəkdir. Buradan hərəkətlə silisium diodlar üzərindən 0.7v qədər bir gərginlik düşgüsü müşahidə olunur.
Diodlar, əvvəlki səhifədə qeyd etdiyim kimi çox geniş tətbiq sahəsinə malikdir, ancaq bizi dərhal maraqlandıran praktik tətbiqlərdən biri düzləndirici kimi istifadə edilməsidir.
Dövrələrdə işlədilən diodlar; Həddindən artıq cərəyan keçməsi, mühit temperaturunun yüksəlməsi, lehimləməyin xətalı olması, tətbiq olunan gərginliyin hədsiz artması, mexaniki zorlamalar və ya diod keyfiyyəti olması kimi səbəblər ilə pozula biir.
Tags
elektroavtomatika