Avtomobil sensorları(youtubdan tərcümə)

Müasir avtomobillərdə daxiliyanma mühərriklərinin effektiv və davamlı işləməsini təmin etmək məqsədilə bir sıra sensorlardan istifadə olunur.
Avtomobildən avtomobilə sensorların adları və sayı müəyyən qədər fərqlənsə də, ümumi iş prinsipi dəyişməz qalır.
Burada benzinlə işləyən yanacaq injeksiya sisteminə malik mühərriklərdə istifadə olunan ən geniş yayılmış sensor dəstini nəzərdən keçirəcəyik.

Başlayaq hava axını kütləsini ölçən sensordan (MAF sensoru).
MAF sensoru hava filtri ilə qazpaylayıcı klapan (boğaz klapanı) arasında yerləşir və mühərrikə daxil olan hava miqdarını ölçür.
Bu sensorun göstəriciləri Elektron İdarəetmə Blokuna (ECU) ötürülür, ECU isə bu məlumatları analiz edərək icraedici(solenoild) elementlərə siqnallar göndərir.
MAF sensorunun verdiyi məlumat əsasında ECU havaya uyğun yanacaq miqdarını hesablayaraq injektorlar vasitəsilə lazımi qədər benzin püskürdür.

Növbəti sensor – qazpaylayıcı klapanın mövqe sensorudur (TPS).
Bu sensor qazpaylayıcı klapanın üzərində, kollektorun giriş hissəsində yerləşir. Klapanın mövqeyini və hərəkət dinamikasını qeydə alır.
Qazpedalına basıldıqca klapanın bucağı dəyişir və bu dəyişiklik ECU-ya ötürülür, nəticədə yanacaq təchizatı tənzimlənir.
Əgər klapanın tam bağlı olduğu siqnalı ECU-ya daxil olarsa, hava mühərrikə əlavə olaraq boşgediş hava idarəetmə klapanı vasitəsilə verilir.
Lakin bu, kabel mexanizmi ilə idarə olunan köhnə tip klapanlara aiddir.
Müasir avtomobillərdə qazpedalı elektron idarəetməlidir (drive-by-wire) və burada qazpedalının mövqe sensoru əlavə olunur.
Bu zaman klapan elektrik mühərriki vasitəsilə idarə olunur və artıq boşgediş klapanına ehtiyac qalmır.

Növbəti sensor – dirsəkli valın  mövqe sensorudur.
Bu sensor dirsəkli valın şkivinin yanında yerləşir və krankşaftın mövqeyini və fırlanma tezliyini müəyyən edir.
Şkivdə yerləşdirilən dişli təkər vasitəsilə fırlanma tezliyi ölçülür.
Bəzi dişlərin olmaması vasitəsilə dirsəkli valın konkret mövqeyi təyin olunur.
Bu sensor dirsəkli valın digər hissələrində, məsələn, nazimçarx yaxınlığında da quraşdırıla bilər.
ECU bu məlumatlardan yanacağın püskürmə vaxtıalışma bucağının qabaqlanması üçün istifadə edir.
Fırlanma tezliyi məlumatı həm də sürətölçənə (taxometrə) ötürülür, eləcə də, fırlanmanın qeyri-bərabərliyi əsasında silsilə alışma nasazlıqları (misfire) müəyyən edilir.

Növbəti sensor  - paylayıcı valın (kamşaft) mövqe sensorudur.
Adətən bu sensor paylayıcı valın və silindr başlığının yaxınlığında yerləşir.
Ən sadə sistemlərdə bu sensor birinci silindrdə kompressiya mərhələsində porşenin yuxarı ölü nöqtədə olmasını qeydə alır.
ECU bu məlumat əsasında hansı silindrə yanacağın püskürtüləcəyini və alışmanın baş verəcəyini müəyyən edir.
Bu sensor çoxnöqtəli yanacaq injeksiyasıdəyişən fazalı klapan sistemi üçün vacibdir.

Növbəti sensor – detonasiyanı müəyyən edən sensor – knock sensor- və ya detonator sensor.
Silindr blokunun üzərində, yanma kamerasına yaxın yerləşdirilir. 4 silindrli mühərriklərdə adətən 2-ci və 3-cü silindrlər arasında olur.
Bu sensor silindrlərdəki metal vuruntuları (detonasiya) aşkar edir. Uzunmüddətli detonasiya mühərrikə ciddi zərər verə bilər.
Sensor siqnalları əsasında ECU alışma bucağının qabaqlanmasını optimallaşdırır və təhlükəli göstəricilər aşkarlanarsa bu bucağı azaldır.

Soyuducunun temperatur sensoru – bu sensor soyuducunun çıxışı yaxınlığında yerləşir (silindr başlığında, termostatda və ya soyutma sisteminin üçlük hissəsində).
Soyuducunun temperaturunu ölçür. Bu məlumat mühərrikin soyuq vəziyyətdə işinə təsir edir: boşgediş sürəti artır, alışma bucağı dəyişir və qarışığın tərkibi zənginləşdirilir.
Soyuducu istismar temperaturuna çatdıqda bu dəyişikliklər tədricən normal rejimə keçir.
İstismar temperaturu aşdıqda ECU radiator fanlarını işə salır.
Bəzi hallarda bu fanlar ECU-dan asılı olmayan ayrı fan açarları ilə idarə oluna bilər. Temperatur göstəriciləri avtomobilin panelində görünür.

Oksigen sensoru (lambda zond) – egzoz sistemində, katalitik neytrallaşdırıcının əvvəlində və ya daxilində yerləşir.
Bəzi avtomobillərdə katalizatordan sonra əlavə bir oksigen sensoru olur.
Birinci sensor (tənzimləyici sensor) mühərrik çıxışındakı oksigen miqdarını, ikinci sensor (diaqnostik sensor) isə katalizator çıxışındakı oksigeni ölçür.
Bu məlumatlar əsasında ECU hava-yanacaq qarışığını zənginləşdirir və ya azaldır.
İkinci sensorun məlumatı katalizatorun iş qabiliyyətini qiymətləndirmək üçündür.
Əgər katalizator səmərəsiz işləyirsə, ECU mühərriki emergency rejimə keçirə bilər.

Sürət sensoru – əsasən sürət qutusunun çıxışında yerləşir və ötürücü valların fırlanma tezliyini ölçür.
Bu siqnal avtomobilin real hərəkət sürətini müəyyən edir və sürətölçənə (spidometrə) ötürülür.
Əgər ayrıca sürət sensoru yoxdursa, bu funksiyanı ABS sisteminin sensorları yerinə yetirə bilər.
ECU bu məlumatlar əsasında yanacaq təchizatını və digər funksiyaları tənzimləyir.

Yağ təzyiqi sensoru – yağ filtri yaxınlığında, yağ kanallarında və ya silindr blokunda yerləşə bilər.
Bu sensor yalnız yağ təzyiqi normadan aşağı düşdükdə sürücünü xəbərdar edir.
Əksər hallarda bu sensorun məlumatı mühərrikə birbaşa təsir göstərmir. Təzyiq aşağı düşərsə, paneldə xəbərdarlıq lampası yanır.

Giriş havasının temperatur sensoru – bu sensor MAF sensoru ilə bir yerdə və ya ayrıca şəkildə hava yolunda yerləşə bilər.
Giriş havasının temperaturunu ölçür və bu məlumat havanın sıxlığını təyin etməyə imkan verir.
ECU bu məlumata əsaslanaraq hava-yanacaq nisbətini tənzimləyir.

MAP sensoru (kollektorun mütləq təzyiq sensoru) – bu sensor giriş kollektorunda və ya ayrıca korpusa quraşdırılıb elastik boru ilə kollektorla əlaqələndirilə bilər.
MAP sensoru kollektor daxilindəki təzyiqi və havanın miqdarını ölçür, bu da ECU-ya hava axınının dəqiq hesablanmasına imkan verir.
Xüsusilə turbo mühərriklərdə, bu sensor MAF sensorunu əvəz edə və ya onu tamamlaya bilər.
Çox zaman bu sensor hava temperatur sensoru ilə birgə yerləşdirilir.


Daha az yayılmış sensorlar:

  • Egzoz qazı temperatur sensoruazot oksidi (NOx) sensoru – bunlar NOx adsorberi ilə təchiz olunmuş mühərriklərdə katalizatordan əvvəl və sonra yerləşdirilir.

  • NOx sensoru NOx konsentrasiyasını ölçür və adsorberin regenerasiyaya keçməsini idarə edir.

  • Mufta pedal mövqeyi sensoru – ötürmələr arasında keçid zamanı mühərrikin qəfil dövrə artımını azaldır və ya kruiz kontrol sistemini deaktiv edir.

  • Əyləc pedal mövqeyi sensoru(clutch pedal position) – stop işıqlarının aktivləşməsini təmin edir və əlavə olaraq ABS və kruiz kontrol sistemləri ilə əlaqələndirilir.

  • EGR klapan mövqeyi sensoru – xarici egzoz qazı resirkulyasiya sistemində klapanın vəziyyətini nəzarətdə saxlayır.

  • Diferensial təzyiqli EGR sensoru – EGR axınını ölçərək, kollektor daxilinə uyğun dozada ötürülməsini təmin edir.

  • Mühərrik yağ səviyyəsi sensoru – bəzi avtomobillərdə mövcuddur və sürücüyə yağ səviyyəsi barədə məlumat verir.

  • Rough road  sensoru – gövdədə yerləşir, titrəyişləri analiz edərək ECU-ya siqnal göndərir və yalnış "misfire" diaqnostikasının qarşısını alır. 

Nəticə olaraq, əgər hər hansı bir sensor nasazlıq versə və ya yanlış məlumat ötürsə, ECU təcili rejimə keçir və əvvəlcədən yaddaşda saxlanılmış orta qiymətlərə əsaslanaraq sistemi işlətməyə çalışır.
Əgər bu da mümkün olmazsa, mühərrik tamamilə dayanır. ECU nasazlıq aşkarladıqda sürücünü paneldə xəbərdarlıq lampası ilə məlumatlandırır.
Bu işığın səbəbini anlamaq üçün elektron idarəetmə blokunun (ECU-nun) diaqnostik kodu oxunmalıdır.



Post a Comment

Previous Post Next Post

Contact Form