Min illər boyu müxtəlif dinlərdən olan dini zəvvarlar bu müqəddəs şəhərə Allaha sədaqətlərini ifadə etmək üçün gəlmişlər. Lakin Qüdsün divarlarından bir qədər kənarda yerləşən Hinnom Vadisi qədim dövrlərdə Şeytan kimi tanınan Allahın düşməni şərəfinə şər əməllərin törədildiyi müqəddəs olmayan ibadət məkanıdır. Yeremya kitabında Allah, peyğəmbarı vasitəsilə, Qüdsün kənarında Hinnom Vadisi adlanan yerdə insanların övladlarını – həm oğullarını, həm də qızlarını qurban verdiklərini bildirir. Allah açıq şəkildə deyir: "Mən sizdən heç vaxt bu şeytani ayini tələb etmədim" və bu işə qarşı qəzəbləndiyini, bunun üçün dəhşətli bir cəza olacağını bildirir.
Tarixi baxımdan, Bibliya dövrlərində hər kəs Rəbbə sadiq deyildi. Satanizm İsrail camaatına təsir göstərirdi. Onlar həqiqətən də böyük bir od çuxuru yaradır və ilk doğulmuş oğullarını od vasitəsilə qurban verirdilər. Bu, hazırda ivricə "Cəhənnəm" mənasını verən Hinnom Vadisində həyata keçirilirdi. İnsanın öz uşağını hər hansı səbəblə qurban vermək istəməsinin səbəbini təsəvvür etmək çətindir. Lakin bu, qədim dövrdə insanların məhsullarının bitməyəcəyinə, yağışların yağmayacağına inandıqlarını və şeytani demonlara, ruhlara qurban vermədikdə fəlakətlərin qarşısını ala bilməyəcəklərini göstərir. Beləliklə, pis hadisələrin məsuliyyətini daşıyan yeni bir varlıq – Şeytan anlayışı ortaya çıxır.
Hinnom Vadisində minlərlə il əvvəl baş verən şok edici hadisələri nə izah edə bilər? Bu, sadəcə insanın şərliyinin nəticəsi idi? Yoxsa Bibliya hekayələrinin işarə etdiyi kimi, Şeytan və onun cinləri həqiqi varlıqlar olub insanlara təsir gücünə malikdirlər? Bəziləri Şeytanı Beelzebub, Lusifer, Zülmət Şahzadəsi, "Şər Olan" və ya Köhnə Nick kimi adlandırır. Bu adlardan bəzilərini müqəddəs kitablardan, çoxunu isə folklor və əfsanələrdən götürülüb. Əgər Şeytanı insanları daim işgəncə verən və azdıran übudi bir fiqur kimi qəbul etsəniz, onun bu qədər fərqli ləqəblərlə tanınması məntiqlidir.
Şeytan həqiqətən də mövcuddurmu? Bunun tərifi dünyanın əsas dinləri arasında fərqlənir. Lakin axirətdə əbədi lənətlənmə qorxusu həmişə insanları dindar saxlamaq və dini ruhanilərin təlimlərinə uyğun hərəkət etməyə vadar etmişdir. Başqa sözlə, bu hekayələr əxlaqi dərsləri öyrətmək məqsədi daşımışdır. Tarix boyu bir çox din dünyadakı şərin məsuliyyətini daşıyan Şeytan kimi bir şər fiquru vasitəsilə dünyanı izah etmişdir.
Xristian ənənəsinə görə, Şeytan ən güclü və gözəl mələklərdən biri idi. O, Allaha qarşı üsyan qaldırdı, mələklərin üçdə biri Şeytanın tərəfində durdu və cənnətdə müharibə baş verdi. Şeytan məğlub oldu və cəhənnəmə atıldı. Şeytan şərin təcəssümüdür – sizi ən yaxşı dəyərlərinizdən uzaqlaşdırmaq üçün sınağa çəkən düşmüş mələkdir. O, bir növ "tanrı"dır və insanlara böyük bilik, nəzarət və ucalış vəd edir. Əlbəttə, bunun qiyməti hər şeyimiz olacaq. Axı, Şeytan dürüst danışan deyil. Onun vəzifəsi sizi azdırmaqdır.
Şeytanın, İsa çöldə olarkən onu dünyəvi zövqlərlə sınağa çəkməyə çalışdığına inanılır. Beləliklə, Bibliya boyu Şeytan insanları Allaha sədaqətdən uzaqlaşdırmaq üçün fəaliyyət göstərir. Lakin Şeytan anlayışı tarix və dinlər arasında dəyişir. Məsələn, Buddizmdə Mara adlanan şəhvət padşahı, şəri təmsil edən varlıq kimi qorxuducu insan-heyvan formasında təsvir olunur. İslamda isə Şeytan İblis adlanır.
Qərbi Avropada Şeytanın təsvirləri VIII-IX əsrlərdən başlayır. Kilsələrdə, heykəllərdə və sənət əsərlərində o, həmişə qorxunc bir bədheybət kimi – yarı insan, yarı heyvan, bəzən qanadlı, buynuzlu, qırmızı və ya qara rəngdə, ətrafında cinlərlə və cəhənnəm alovları içində təsvir edilir.
Minlərlə xristian Papa I Fransisin bazar günü ibadətini izləmək üçün Müqəddəs Pyotr meydanında toplaşır. Papa izdihamı salamlayarkən, cinlənmiş olduğu düşünülən bir adamın alnını əlini qoyaraq dua oxuyur. Hadisənin videosu viral olur və çoxlarının bu görüntüdə cin çıxarma ayini gördüyünə inanmasına səbəb olur. Papa Fransis şər ruhlara, Şeytanın mövcudluğuna, cinlənmə ehtimalına və exoristlərin (cin çıxaranların) zəruriliyinə inanır.
O, bu baxımdan olduqca ənənəvidir. Ən qədim yazılarımızda cin çıxarma mərasimləri mövcuddur.
dayan 2 san
Qədim Yaxın Şərqdən, Hindistandan, Çindən. Beləliklə, cin çıxarma sözün əsl mənasında yazılı tarix qədər qədimdir. Dünyanın hər yerində və müxtəlif dinlərdə cin çıxarmanın bir çox müxtəlif formaları var və əksəriyyətində pis ruhları qovmaq üçün istifadə olunan müxtəlif obyektlər var. Müqəddəs qalıqlar, xaçlar, müqəddəs su və hətta cin çıxarmanın özü Katolik Kilsəsinin sakramentlər(dini ayinlər) adlandırdığı şeylərdir.
3 san
Beləliklə, kilsəyə baxış budur ki, onlar Kilsənin nüfuzunun simvolik ifadələridir. Və buna görə də, bir mənada simvolik olsalar da, eyni zamanda onların real gücü var... ...və keşişə Kilsənin nüfuzunu göstərməyə və cinləri qovmağa kömək edə bilər.
Əgər Şeytan və onun cin ordusu həqiqətən insanlığa qarşı müharibə aparırsa, onda cin çıxaranlar cəbhə xəttindədirlər.
Cin çıxarmanın sehr olmadığını başa düşmək vacibdir. Biz sehr etmirik. Bu, mahiyyətcə, duadır. Bu, Kilsədə cinləri qovmaq üçün Allaha və İsaya etdiyi duadır. Və biz onun şagirdləri kimi bu gücü cinləri qovmaq üçün çağırırıq. Sonra isə Kilsənin "Cin Çıxarma Ayini" adlanan duasından istifadə edirik. Təsbeh, su, xaçlar kimi müqəddəs əşyalardan istifadə edirik, Şeytan buna dözmür. Şəxs şeytani varlığı göstərəndə, ilk baş verən şey... bu qədər şər görünüşdür. Əslində, onlar mənə baxıb deyəcəklər: "Axmaq keşiş."
Əgər şərin gözlərinə həqiqətən baxmısınızsa, bunu unutmayacaqsınız. Sonra isə fiziki olaraq izah edilə bilməyən müxtəlif şeylər baş verir. 45 kq-lıq gənc bir qadın otaqda üç böyük oğlana güc gəlir. Beləliklə, biz də bu cür şeylərdən bəzi hallarda şahid olmuşuq. Ölkədə bir neçə komanda insanların havaya qalxdığını görmüşdür. Biz... biz görməmişik. Belə şeylər baş verir. Havaya qalxma yəni Lavitasiya? Şeytanın bir insanın ağlını ələ keçirə biləcəyinə və ya hətta bədəninə hücum edə biləcəyinə inanmaq kimi bir şeydir. Amma havada üzmək? Belə fövqəladə bir fenomen mümkündürm. Sadə insanlar mənə deyiblər ki, onlar cinə tutulma zamanı havaya qalxmağa şahid olublar. Bu dairələrdə geniş yayılmış inancdır ki, cinlərin göstərə biləcəyi paranormal şeylərdən biri onların ələ keçirdiyi qurbanlarını havaya qaldırmaqdır. Bir çox insan mənim dediklərimə etiraz edir və deyir: "Yaxşı, tamam, sən elmin qanunlarına zidd olan havaya qalxmağa inanırsan." Əlbəttə ki, bu normal elm qanunlarına ziddir. Mən bunu başa düşürəm, bilirsiniz. Mən cazibə qüvvəsinə inanmadığımı demirəm. Mən deyirəm ki, təbiətin normal qanunlarını pozmaq qabiliyyətinə malik olan ruhi qüvvələr, o cümlədən qaranlıq qüvvələr var. Bəziləri üçün cin çıxarmanın gücü ilə bağlı hekayələr uydurma görünə bilər. Amma digər tərəfdən, bu şər qovma təcrübəsi hər cür insana ruhi rahatlıq təqdim etmişdir. Bizim əlimizdə olan əksər hallarda insanlar psixoloji cəhətdən çox balanslaşdırılmış olurlar. Bizim peşəkar insanlarımız var. Bizim vəkillərimiz var. Bizim hərbçi insanlarımız var. Biz adətən hər iki istiqamətdə eyni vaxtda sağalırıq. Biz ruhi səviyyədə sağalırıq. Biz həm də psixoloji səviyyədə sağalırıq. Bir çox hallarda görürük ki, şeytani qüvvələr daxili yaralardan, qəzəbdən, bağışlamamaqdan, kədərdən qidalanır. Beləliklə, bu daxili yaraların bəzilərini sağaltmağa başlayanda, onların qidalanacaq və yapışacaq daha az şeyi olur. Bu, göyə zərbə endirmək üçün uzanmış nəhəng bir yumruq kimi yerdən qalxır. Nəhəng, 900 futluq sərt qaya sütunu, adı kimi qorxuludur, həm də qorxu hisslərini oyadır. Şeytan Qülləsi diqqət çəkicidir, çünki siz çöküntü düzənliklərindən keçə bilərsiniz, kilometrlərlə düz ərazidən başqa heç nə görməyə bilərsiniz və sonra ona doğru gedərkən bu uzun, qara qüllə peyda olur. Ətraf ərazidə ona bənzər heç nə yoxdur. Qayanın rəngi boz, hətta yaşılımtıl-bozdur. Beləliklə, Şeytan Qülləsinə yaxınlaşdıqca, ətrafdakı çöküntü qayalarının qara və qəhvəyi rəngləri ilə fərqlənən, aydın bir ziddiyyət yaradır. Vyominq ştatının şimal-şərqində yerləşən Şeytan Qülləsi, 1906-cı ildə Prezident Teodor Ruzvelt tərəfindən elmi maraq obyekti kimi qorunmaq məqsədi ilə Amerikanın ilk milli abidəsi elan edilmişdir. O vaxtdan bəri bir çox insan soruşur: bu nəhəng qülləni yaratmağa səbəb olan şey nə ola bilər? Bu barədə bir çox nəzəriyyələr var, amma təbiətin bu möcüzəsini yaradan şeyin nə olduğu barədə heç bir razılıq yoxdur. Bu, vulkan tipli materiallardan ibarətdir, amma ətrafında başqa heç bir vulkan fəaliyyəti yoxdur. Bəs bu şeyi nə yaradıb? Biz bu sualın cavabını bilmirik. Bu, həqiqətən maraqlı bir məsələdir. Şeytan Qülləsi həqiqətən də təbiətin bir möcüzəsidirmi? Təbiət və elm qanunları ilə izah edilə bilməyən bir şeydirmi? Bağışlayın, amma bu izah sadəcə kifayət qədər yaxşı deyil. Bu planeti nə qədər bilsəkdə və yaşadığımız planeti dərk etsəkdə, nə qədər sevsək də, sanki sirrdən başqa heç nə yoxdur anlayırıq. Biz zəlzələləri necə proqnozlaşdıracağımızı başa düşmürük.
Biz ildırımın necə hərəkət etdiyini başa düşmürük. Təbiət qüvvələrini yaradan şeylər haqqında hələ çox suallarımız var. Bəziləri Şeytan Qülləsini anlamağın açarının onu bir çox yerli amerikalılar kimi görmək olduğunu irəli sürüblər: təbii bir quruluş kimi deyil, qeyri-təbii bir quruluş kimi. Bu ərazidə yaşayan yerli xalqlar bu qülləni bir növ qurbangah kimi ibadət yeri hesab edirlər və bir çoxları onun zirvəsinə qalxaraq ilahi ilham aldıqlarını, gücləndiklərini hiss edirlər. Sual isə budur: bu yerli əfsanədə bir həqiqət varmı? Bu yer doğrudanmı planetin müqəddəs bir məkanıdır və insanlara ruhlarla, kainatla və ya inandıqları tanrılarla əlaqə qurmağa imkan verən bir qurbangah rolunu oynayırmı?
Əgər siz Şeytan Qülləsinə – və ya bizim adlandırdığımız kimi Mathó Thípila – baxmaq istəyirsinizsə, onun müqəddəs bir yer olduğunu bilməlisiniz. Müəyyən bir məsafədən belə ona baxanda, artıq onun möcüzəsini, müqəddəsliyini hiss edirsiniz və yaxınlaşdıqca bu müsbət müqəddəs enerji getdikcə artır. Qüllənin dibinə çatdıqda isə bu enerjini daha da güclü hiss edirsiniz. Düşünürəm ki, Şeytan Qülləsi o qədər qeyri-adi və anormal bir quruluşa malikdir ki, ona mistik və ya ruhani xüsusiyyətlər aid etmək çox asandır. Hollywood rejissorlarının yadplanetlilərin Yerə enəcəyi yer kimi məhz buranı seçməsi təəccüblü deyil.
1970-ci illərin ortalarında Şeytan Qülləsinin tarixində ən mühüm hadisələrdən biri baş verdi – Steven Spielberg tərəfindən çəkilən Üçüncü Növ Yaxın Təmaslar filminin çəkilişləri. Bu filmdə qüllə insanları izaholunmaz bir şəkildə özünə cəlb edən bir yer kimi təsvir olunurdu. Filmin gedişatında məlum olur ki, bu insanları buraya cəlb edən şey onların əvvəllər yadplanetlilər tərəfindən qaçırılmasıdır. Filmdə bir UFO qüllənin zirvəsinə enir və Richard Dreyfuss və bir neçə digər insan həmin uçan boşqaba minərək kosmosa uçurlar. Filmin buraxılışından sonra Şeytan Qülləsinə gələn turistlərin sayı iki dəfə artdı və bu səviyyə hələ də qorunub saxlanılır.
Spielbergin filmindəki kimi bura həqiqətən yadplanetlilərin eniş yeri olub-olmadığını bilmirəm. Amma nə qədər çox araşdırsaq, bir o qədər çox çaş-baş qalırıq. Yer üzərində müşahidə və araşdırma apardıqca, necə və hansı fiziki proseslərlə yaranmasını anlaya bilmədiyimiz şeylər tapacağıq və daim yeni biliklər əldə edəcəyik. Əslində qeyri-təbii olan Şeytan Qülləsidir, yoxsa bizim təbiəti anlamaqdakı məhdudiyyətlərimiz? Ola bilsin ki, Şeytan Qülləsi insanlara təbiət qarşısında aciz olduqlarını xatırlatmaq üçün mövcuddur – bir növ bizə hələ çox şey öyrənməli olduğumuzu bildirən bir simvol kimi.
Pine Barrens və Jersey Şeytanı
Cənubi Nyu Cersidə uzanan geniş meşə dənizi gözün gördüyü qədər uzanır. Bu sıx meşə örtüyünün altında isə ibtidai bir dünya gizlənir – qaranlıq kollarla örtülmüş, qorxulu səslərlə dolu bir mühit. Bu sirli və qorxulu vəhşi təbiətə Pine Barrens deyilir.
Pine Barrens, Nyu Cersinin cənub ucunda yerləşən bir milyon hektarlıq bir meşəlik ərazidir. Burada azıb getmək və bir daha tapılmamaq mümkündür, çünki bu meşələr həddindən artıq geniş və sıxdır. Gecə vaxtı ətrafdan qəribə səslər eşidə bilərsiniz – hər yerdə nəyinsə xırçıldadığını duyursunuz. Amma problem ondadır ki, bu səslərin haradan gəldiyini görmək olmur. Bu, olduqca qorxulu bir yerdir, xüsusilə də tək başına azmısınızsa.
Pine Barrens, 500-dən çox heyvan növünün yaşadığı bir ekosistemə malikdir. Lakin yerli əhalinin dediyinə görə, burada hələ rəsmi olaraq qeydə alınmamış bir məxluq yaşayır. Bu, Jersey Şeytanı kimi tanınan iyrənc, qanadlı bir monstrdur.
Jersey Şeytanı əfsanəsi Nyu Cersi ştatının mədəniyyətinə tamamilə hopub. Burada hər bir uşaq böyüyərkən bu mif haqqında eşidir. "Jersey Şeytanı səni tapacaq!" – bu, uşaqları qorxutmaq üçün istifadə edilən məşhur bir ifadədir. Bu varlıq haqqında ən qorxulu detallardan biri onun dəhşətli qışqırtısı və ya nəriltisidir. (Qəribə məxluq qışqırır.) Əgər Pine Barrens meşəsində belə bir səs eşitsəniz, qaçın!
Jersey Şeytanı elə bil ki, birbaşa Dr. Frankenstein laboratoriyasından çıxıb. O, müxtəlif heyvan hissələrinin qarışığına bənzəyir: at başı, buynuzlar, uzun əjdaha və ya kenquru bədəni, quş ayaqları və dırnaqları, iki çəngəlli quyruq və nəhəng, dəri ilə örtülmüş yarasa qanadları. Bu təsvirlər tam olaraq bir kabusdan çıxmış varlığı xatırladır.
Bəs həqiqətən belə qanadlı bir məxluq Pine Barrens meşələrində gizlənə bilərmi? Bəlkə də bu qorxunc canlının sirrini açmaq üçün onun mənşəyi haqqında olan əfsanəni araşdırmaq lazımdır. Bu mif artıq 250 ildən çoxdur ki, yerli sakinlər arasında danışılır.
Əfsanəyə görə, 1735-ci ildə, Nyu Cersi, Leeds Point adlı bir kiçik evdə bir qadın 13-cü uşağını dünyaya gətirir. Uşaq dünyaya gəldiyi anda isə dəhşətli bir canavara çevrilir. Tarixi qeydlərə görə, Jersey Şeytanı, əslində, "Mother Leeds" (Leeds Anası) adlı bir qadının 13-cü uşağıdır. Maraqlıdır ki, bu qadının həqiqətən 12 övladının olduğu rəsmi sənədlərdə qeyd edilib.