Cisimlər öz cərəyankeçirmə qabiliyyətlərinə görə keçirici və dielektrik adlı iki qrupa qayrılırlar. Birinci qrupun içərisində elektrik cərəyanını yaxşı keçirən metallar(bərk cisimlər) və nisbətən yaxşı keçirən elektrolitlər(mayelər) vardır. Hər bir keçiricidən elektrik cərəyanı keçdikdə onun ancaq fiziki xassələri dəyişir. Maye keçiricidən cərəyan keçdikdə isə, onların kimyəvi tərkibi də dəyişmiş olur. Bu fərqə görə bərk keçiricilərə birinci növ, maye keçiricilərə isə ikinci növ keçiricilər adı verilmişdir. Keçən elektrik cərəyanının təsirindən mayelərin kimyəvi hissələrə ayrıması hadisəsinə elektroliz, parçalanan mayeyə isə elektrolit deyilir. Mayenin içərisinə salınan və cərəyanın keçməsinə vasitə olan metal lövhələrə elektrodlar deyilir. Bunlardan cərəyan mənbəyinin müsbət qütbü ilə birləşdirilən elektroduna anod, mənfi qütbü ilə birləşdirilən elektroduna isə katod adı verilir. Elektroliz zamanı alınan kimyəvi məhsul, çox vaxt mayeyə qarışmayıb elektrodlar üzərində yığılır. Beləliklə, mayenin parçalanmış hissələrindən bir qismi cərəyanla eyni istiqamətdə katoda , o biri hissəsi isə cərəyanın əks istiqamətində anoda doğru hərəkət edir. Bu hissəciklərə ümumiyyətlə ionlar deylir. Müsbət elektriklə yüklənmiş ionlara kationlar, mənfi elektriklə yüklənmiş ionlara anionlar adı verilir. Katodda həmişə kationların neytrallaşması hadisəsi davam edir, belə ki katodun elektronları kationlara keçib, onların müsbət yükləri ilə birləşir. Digər tərəfdən anionlarda olan elektronlar da anod a keçir. Bu qayda ilə anodda mənfi, katodda isə müsbət elektrik yükləri çoxluğu əmələ gəlir və bu qeyri-tarazlıq həmin elektrodları birləşdirən məftilin içərisi ilə elektrik yüklərinin anoddan katoda cərəyan keçməsinə səbəb olur. Beləliklə elektrolitin içərisində ion, məftildə isə elektronlar selindən ibarət qabalı bir-cərəyan dövrəsi yaranmış olur. Elektrolitlərin xarici görünüşündə heç bir dəyişiklik olmadan, onların içərisində daim kation və anionlara ayrılma və bir-birinə toxunma nəticəsində təkrar birləşib neytrallaşma hadisəsi davam edir. Elektrolitlərdə elektrik sahəsi əmələ gətirdikdən sonra isə molekullar qəti olaraq kation(elektrononu itirmiş metal atomu) və anionlara(elektron almış metal atomu). parçalanırlar. Misal üçün nikkel-sulfat duzunu (NiSo4) məhlul halına gətirək və elektroliz etmək məqsədi ilə, içərisindən elektrik cərəyanı keçirək. Yuxarıda deyilənlərə görə, bu elektrolitin (Ni So4) bütün molekulları elektrik sahəsində kation və anionlara ayrılacaqdır. Sonra müsbət yükə malik metal hissəciklər-kationlar