Kitab oxumaq yoxsa dinləmək?

 Kitab oxumaqla kitab dinləmək arasında beyində baş verən proseslər baxımından hansı fərqlər var? Öyrənmə, anlama və yadda saxlama bacarıqları baxımından qiymətləndirildikdə, kitab oxumaq yoxsa dinləmək daha faydalıdır?


Kitab oxumaq insanların əsrlər boyu bilik əldə etmək üçün istifadə etdiyi üsullardan biridir. Ancaq son illərdə minlərlə kitabı içində saxlaya bilən elektron kitab oxucuları həyatımıza daxil olub. Kitablarla bağlı ən son yenilik kitabları oxumaq əvəzinə onlara qulaq asmaqdır. Bəs, kitab oxumaqla kitab dinləmək arasında beyində gedən proseslər baxımından nə kimi fərqlər var? Öyrənmə, anlama və yadda saxlama bacarıqları baxımından qiymətləndirildikdə, kitab oxumaq yoxsa dinləmək daha faydalıdır?

İnsan beyni dil vasitəsilə şifahi və yazılı şəkildə ünsiyyət qurmaqda və məna yaratmaqda son dərəcə müvəffəqiyyətlidir. Dilçilik, nevrologiya və fiziologiya sahələrindən olan alimlər insan beynində beynin hansı bölgələrinin dildə rol oynadığını müəyyən etmək üçün araşdırmalar aparırlar. Məsələn, beyindəki Broca və Wernicke bölgələrinin düşüncələrin sözə çevrilməsində, yəni danışmaqda və nitqi başa düşməkdə mühüm rol oynadığı düşünülür.

Beynin sol yarısında yerləşən Broca bölgəsi (bənövşəyi sahə) nitqin əmələ gəlməsi və tələffüzünə cavabdeh olan beyin bölgəsidir, Wernicke sahəsi (narıncı bölgə) isə danışılan və yazılanları başa düşməkdən ötrü cavabdeh beyin bölgəsidir.

İnsan beynində eşidilən nitqin işlənməsi ilə oxunan məlumat arasında əhəmiyyətli fərqlər var. Buna baxmayaraq, eyni məlumatı dinləyən və oxuyan insanlar çox oxşar mənalar əldə edə bilərlər. Bu nəticələrə əsasən, nevrologiya sahəsində çalışan bir qrup alim kitab oxumağın və dinləmənin beyinə təsirini araşdırmaq üçün araşdırma aparıb. Nəticələri Journal of Neuroscience-də dərc edilən tədqiqatın iştirakçılara məşhur podkast seriyası olan The Moth Radio Hour-dan hekayələr dinlədilib. Sonra iştirakçılara podkast yazılarında olduğu kimi eyni hekayə oxudulub. Tədqiqatçılar maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə edərək, oxumaq və dinləmək zamanı iştirakçıların beyinlərində aktivləşən sahələri müqayisə ediblər. 

Tədqiqatçılar oxudulan və dinlədilən hekayədəki sözləri mənalarına görə müxtəlif kateqoriyalara (məsələn, vizual, emosional, sosial, rəqəmsal) bölüblər. Daha sonra MRT məlumatlarına əsaslanaraq bu sözlərin beynin hansı hissələrini aktivləşdirdiyini göstərən üçölçülü xəritələr yaratdılar. Nəticədə dinləmək və oxumaq üçün yaradılmış semantik( linqvistik mənanın öyrənilməsi) beyin xəritələri müqayisə edildikdə onların demək olar ki, eyni olduğu başa düşülüb. Başqa sözlə desək, biz bir sözü oxuyanda və ya dinləyərkən beynimizin eyni sahələri aktivləşir.

Fatma Dəniz Kaliforniya Universiteti, Berkeley

Sözlər mənalarına görə qruplaşdırıldıqda, dinləyərkən (yuxarıda) və oxuyarkən (aşağıda) beyində aktivləşən bölgələr oxşardır. Keçmişlə müqayisədə məlumat əldə etmək hər gün daha asanlaşır. Bunun üçün istifadə etdiyimiz alətlər də daha texnoloji xarakter alır. Bu dəyişikliyi audiokitabın və podkast nəşrinin artımından başa düşə bilərsiniz. Əgər oxumağın əsas məqsədinin məlumat əldə etmək olduğunu düşünürsünüzsə, məlumatın beyninizə hansı duyğusal yolla çatmasının sizin üçün önəmli olmaya bilər.

Audiokitabları yoxsa klassik kitabları məsləhət görməyiniz mövcud vəziyyətinizdən asılı ola bilər. Məsələn, idman edərkən və ya parkda gəzərkən kitab oxumaq əvəzinə kitab dinləmək çox daha rahat olacaq. Bundan əlavə, audiokitablar disleksiya kimi müxtəlif öyrənmə əlilliyi olan insanlar üçün vacib seçimdir. Oxumağa yeni başlayan şəxslər üçün ucadan oxumaq onlara eyni zamanda oxuduqlarını dinləməyə imkan verdiyi üçün sözləri düzgün tələffüz etməyə və oxuduqlarını başa düşməyə kömək edə bilər.

İnsanlar dəqiqədə orta hesabla 250 söz oxuduğu halda, danışma sürəti dəqiqədə orta hesabla 150 sözdür. Yəni, eyni kitabı dinləməklə müqayisədə daha sürətli oxuya bilərsiniz.


Mənbə: https://bilimgenc.tubitak.gov.tr/makale/kitap-okumak-mi-dinlemek-mi




Previous Post Next Post

Contact Form