Tiristorlar

  TİRİSTORLAR

İki dayanıqlı vəziyyətə - alçaq keçiricilikli və yük­sək keçiricilikli vəziyyətlərə malik olan dördqatlı yarımkeçirici cihaza tiristor deyilir. Tiristorun bir vəziyyətindən digərinə keçirilməsi xarici təsir (gərginlik, cərəyan və ya işıq seli) nəticəsində həyata keçirilir. Onlar diod tiristorlarına (şəkil 8.1 a) və triod tiristorlarma (şəkil 8.1 b-ç) bölünür. Diod tiristorlarma dinistor deyilir və onlar bağlı vəziyyət­ dən açıq vəziyyətə anodla (A) katod (K) arasındakı gərgin­liyin müəyyən bir qiymətində keçir. Triod tiristorlarma tirinistor deyilir və onların vəziyyəti üçüncü - idarəedici elektrodun (İE) köməyi ilə dəyişilir. İdarəedici elektrodun köməyi ilə cihazın vəziyyətini dəyişməkdə bir və ya iki əməliyyat yerinə yetirilə bilər. Bir əməliyyatlı tiristorda (şəkil 8.1 b) idarəedici elektrodun dövrəsi ilə tiristoru yalnız açmaq olar, onu bağlamaq üçün isə anod-katod arasındakı gərginliyin işarəsini dəyişmək lazımdır. İki əməliyyatlı tiristorlarda (şəkil 8.1c) idarəedici elektrodun dövrəsi ilə tiris­toru həm açmaq, həm də bağlamaq mümkündür. İşıq şüası ilə idarə olunan tiristorlara fototiristor deyilir (şəkil 8.1 ç).


Bütün adları çəkilən cihazlar təmassız açar rolunu oy­nayır və cərəyanı bir istiqamətdə keçirirlər. Hər iki istiqamətdə cərəyan keçirən tiristorlara simmetrik tiristor-simistor deyilir (şəkil 8.1b). Təyinatına görə simistor iki qarşılıqlı paralel qoşulmuş adi tiristorun vəzifəsini yerinə yetirir. 

Elektronika- Ramiz Hümbətov









Previous Post Next Post

Contact Form