Yarımkeçirici materiallar haqqında məlumat
Yarımkeçıncılər xüsusi elektrik müqavimətinin qiymətinə görə



Ən geniş yayılmış yarım- keçirici materiallar dövri sistemin IV qrupuna aid olan germa- nium (Ge) və silisiumdur (Si). Bunlardan başqa selen (Se), qal- lium arsenid (GaAs), qallium fosfıd (GaP), silisium karbid (SiC) və başqaları da geniş istifadə olunur. Yarımkeçiricinin, məsələn germaniumun, kristal qəfəsəsi elementar tetraedrlər- dən təşkil olunur. Tetraedrlərin təpələrində və mərkəzində yerləşən atomlar bir-biri ilə iki elektronla kovalent əlaqədə olur. Bu əlaqəni yaradan elektronların hərəsi bir növ iki atoma aid olur (şəkil 3.1). Nüvələrin müsbət yükü elektronların yükü ilə kompensasiya edilir və kristal ümumiyyətlə neytral olur.Mütləq sıfır temperaturunda elektronların hamısı atomlarla əlaqədə olur, yük daşımasında iştirak etmir və kristal özünü dielektrik kimi aparır. Müqayisə üçün qeyd edək ki, bu temperaturda metalların müqaviməti sıfra düşür.
R.Hümbətov- Elektronika