Generatorun təsirlənmə dolağının maqnit selinin minimal qiymətə endirilməsinə söndürülmə deyilir. Bunun ən sadə yolu təsilənmə dolağını elektrik mənbəyindən açmaqdır. Lakin, nəzərdə tutulmalıdır ki, böyük induktivliyə malik təsirlənmə dolağı dövrədən açılarkən özü-özünə induksiya nəticəsində yaranan EHQ dolağın hesablandığı gərginlikdən bir neçə dəfə çox olduğu üçün, dolağın sarğılarının izolyasiyası deşilə bilər. Deşilmənin qarşısın almaq üçün maqnit selinin söndürülməsinin mövcud üsullarından biri tətbiq edilir. Maqnit selinin söndürülməsinə həm normal istismar rejimdə işləyən generator saxlanılarkən, həm də generatorda qəza baş verdikdə lazım gəlir.
Generatorun stator dolağında və ondan generator avtomatına gedən kabeldə qısaqapanma baş verdikdə, ancaq təsirlənmə dolağının maqnit selinin tez söndürülməsilə dolağın və kabelinin yararsız hala düşməsinin qarşısını almaq olar. Qəzanın vurduğu ziyan cərəyanın qiyməti və qəzanın davametmə müddətindən asılıdır.
Maqnit selini söndürməkdə məqsəd stator dolağının EHQ - ni tez azaltmaq və qəza yerində yaranan elektrik qövsünü söndürməkdir. Generator şəbəkədən açılarkən, maqnit selinin söndürülməsi işçilər tərəfindən yerinə yetirilir, qəza hadisəsi baş verərkən isə maqnit selinin söndürülmə mühafizə aparatlarının ani işə düşməsilə avtomatik baş verir. Hər iki halda söndürülməyə sərf olunan vaxt minimum olmalıdır.
Sinxron generatorun maqnit selinin söndürülməsinə aşağıdakı tələblər qoyulur :
-söndürülmə prosesində təsirlənmə dolağında yaranan artıq gərginlik buraxıla bilən qiymətdən çox olmamalıdır.
-maqnit seli söndükdən sonra stator dolağının qalıq EHQ - nin qiyməti qəza elektrik qövsünün davam etməsi üçün lazım olan qiymətdən az olmalıdır.
Hal-hazırda sxemləri və söndürülmə müddəti ilə fərqlənən bir sıra üsullar işlənilib-hazırlanmışdır. Texnikada ən çox yayılmış üsul təsirlənmə dolağını qıdalandıran düzləndiricinin çıxışının qapanmasıdır (Şəkil 1.1).Sxemdə K açarının qapanmasilə təsirlənmə dolağını qidalandıran dövrə açıldıqda, sarğıda özü özünə induksiya cərəyanınının keçməsi üçün (cərəyanın yolu qırıq xətlərlə göstərilmişdir) dövrə yaranır və az müddətdə cərəyan dövrənin elementlərində istiliyə çevrilərək azalır.
Maqnit selinin sönməsi prosesində təsirlənmə dolağından keçən cərəyanın zamandan asılı olaraq azalma qanunu aşağıdakı ifadə ilə yazılır :
it.o təsirlənmə dolağının yüksüz işləmə cərəyanı;
T = L/R təsirlənmə cərəyanının keçdiyi dövrənin zaman sabiti ;
L,R - dövrənin induktivliyi və aktiv müqavimətidir.
Şəkil 1.1-də göstərilmiş sxemdə K açarını düzləndiricidən əvvəl, dəyişən cərəyan tərəfdə də qoymaq olar.(TS- təsirləndirmə sistemi, G-generator, UZ- düzləndirici körpüsü, LG- generatorun lövbəri və ya rotor dolağı)
Bu halda, düz istiqamətdə düzləndiricinin R müqavimətinin hesabına dövrənin zaman sabiti və uyğun olaraq, sönməyə sərfolunan vaxt azalacaqdır:
Şəkil 1.1.b-də göstərilmiş sxemdə maqnit seli sönən zaman K açarı açılır və təşirlənmə dövrəsinə əlavə R, müqaviməti qoşulur. Bu sxem variantında R, müqaviməti hesabına təsirlənmə cərəyanı dövrəsinin zaman sabiti şəkil 1.1.a - sxemdəkindən azdır:
Onu da nəzərə almaq lazımdır ki, dövrənin müqaviməti artdıqca, sönmə zamanı təsirlənmə dolağının uclarındakı gərginlik də artır. Həmin gərginlik aşağıdakı ifadə ilə təyin edilir:
Rr müqavimətinin qiyməti elə seçilməlidir ki, maqnit seli sönərkən, generatorda özü-özünə təsirlənmə yaranmasın və təsirlənmə dolağının uclarında gərginliyin maksimal qiyməti həmin dolağın sınaq gərginliyinin 70%- dən yuxarı olmasın.