Varistör iki uclu qeyri-xətti olmuyan passiv bir dövrə elementidir. Gərginliklə müqaviməti dəyişən bu dövrə elementi AC və DC dövrələrdə, kommutasiya, səs-küy və ildırım və bənzəri səbəblərdən meydana gələ biləcək ani gərginlik yüksəlmələrinə qarşı dövrənin digər elementlərinin yüksək gərginlikdən təsirlənməsinin qarşısını alır. Aşağıda bir qrup varistor və varistorun dövrə sxemlərindəki simvolu göstərilmişdir.
Normal şərtlərdə varistorun müqaviməti çox yüksəkdir. Əgər dövrənin bağlı olduğu gərginlik mənbəyi varistorun maksimum gərginliyini aşarsa, varistor müqaviməti ani olaraq həddindən artıq aşağı düşər. Varistorun bu xüsusiyyəti digər elektron avadanlığın həddindən artıq gərginlik tərəfindən zərər görməsinin qarşısını alır. Varistor anlıq olaraq yüksək gərginlik gördüyündə gərginliyi üzərində qısa dövrə edərək dövrəni qoruyur.
14Voltdan 680V-a qədər fərqli gərginlik dəyərləri üçün istifadə edilən varistorlar ölçülərinə görə yüksək enerji udmaq tutumuna sahibdirlər. 20ns-dən daha sürətli reaksiya müddəti çox qısa davamlı gərginlik artımlarına qarşı qoruma vəzifəsini yerinə yetirər. Dövrədə olan varsitor əgər çox uzun müddət yüksək gərginliyə məruz qalsa varistorda pozulma və partlamalar meydana gələ bilər. Bir dövrədə istifadə ediləcək varistor seçilərkən varistorun gərginliyi və üzərində sərf ediləcək güc nəzərə alınır. Varistorun güc dəyərini aşan vəziyyətlərdə varistorda pozulmalar meydana gəlir. Aşağıdakı şəkildə bir varistorun dövrəyə bağlanış şəkli və yüksək gərginliyə uzun müddət məruz qalan varistor göstərilmişdir.
Yuxarıdakı 1 nömrəli şəkildə dövrəyə bağlı bir varistor görülməkdədir. 2 və 3 nömrəli şəkillərdə isə yüksək gərginliyə uzun müddət məruz qalmaqdan deformasiya olan varistorlar görülməkdədir.
Tags
Elektronika-1