CƏRƏYAN TRANSFORMATORU

Birinci tərəf dolağı dövrə cərəyanını çevirmə nisbəti daxilində kiçildərək ikinci tərəf dolağı dövrə elementlərinə köçürən transformatordur.Eyni  zamanda ölçü və mühafizə cihazlarının yüksək gərginlik sistemindən izolyasiyasını da təmin edərlər.
Cərəyan transformatorunun Quruluşu və iş prinsipi
Birinci tərəf sarğı
İkinci tərəf sarğı
Maqnit nüvə
Dielektrik material
Quruluşu
Cərəyan transformatorları- qablaşdırılmış incə silisium vərəqlərdən emal edilən maqnit nüvə üzərinə sarılmış birinci, ikinci tərəf Sarğılar və dielektrik vəsaitdən emal edilirler.Birinci tərəf Sarğılar qalın kəsikli  keçiricidən az sarım, ikinci tərəf Sarğılar incə  keçiricidən daha çox sarımlı olaraq emal edilir.Cərəyan transformatorunun birinci tərəf sarğı ucları (P1 ) (P2), ikinci tərəf sarğı ucları (S1) (S2) olaraq adlandırılar.
 Cərəyan Transformatorunun düzgün bağlanması
Cərəyan transformatorunun dövrəyə bağlanması zamanı, birinci və ikinci tərəf dolağındakı giriş-çıxış uclarının bilinməsi ən vacib amildir.Bəzi ölçü alətlərində və mühafizə relelərində cərəyanın istiqaməti əhəmiyyətlidir.
Cərəyan transformatorlarında cərəyanın birinci tərəf dolağına girdiyi və ikinci tərəf dolağından çıxdığı uclara qütblənmə deyilir. Normal bağlantıdıa(P1 ucu daxil olaraq istifadə edildiyində) birinci tərəf dolaq(P1), ikinci tərəf dolağı (S1) ucları qütb uclarıdır. Ancaq bəzi zəruri hallarda cərəyan transformatorunun birinci tərəf (P2) ucu cərəyan girişi olaraq istifadə edildiyində, qütb uclar (P2) və (S2) olaraq dəyişdirilməli və ikinci tərəf dövrə elementləri də buna görə bağlanmalıdır. Ucları bilinməyən bir cərəyan transformatorunda ucların tapılması üçün edilən işləmə qütb təyini, emalçı firma tərəfindən işarələn ucların doğruluq testi məqsədi ilə edilən emal qütb TESTİ adlanır.Qütblənmə ucları bilinməyən cərəyan  transformatorları dövrəyə bağlanmamalıdır.


Previous Post Next Post

Contact Form