Thursday, September 27, 2018

SABİT CƏRƏYANDA MÜSBƏT VƏ MƏNFİ QÜTBÜN TƏYİN EDİLMƏ ÜSULLARI

Birinci üsul
Hesab edirəm ki, bu qütbləri(+ və -) müəyyən etmək üçün ən asan yoludur. Bir stəkan və kruşkaya krandan gələn suyu doldurun. Naməlum ucları(mənfi ya müsbət) suya salıb enerji veririk. Mənfi uc üzərində qabarcıqlar görünməyə başlayır. Suyun elektrolizi başlayır.

İkinci üsul
Nəm,yaş kartofu götürüb və yarısını kəsin.
Sabir cərəyan mənbəyinə qoşulmuş iki qütbü naməlum naqilləri bu kəsilmiş kartofa batırırıq və 5-10 dəqiqə gözləyirik.
Kartof üzərində müsbətin taxıldığı yer yaşıl rəngli olacaq.
Üçüncü üsul.
Yəqin ki, hər bir kəsin evində köhnə nasaz kompüter olur. Və o kompüterin içərsində soyuducu kuller və ya bildiyimiz ventiliyator oldur. Ventiliyator üzərində 3 naqil olur çox vaxt. Sarı, yaşıl, qırmızı. Sarı naqil bizə lazım olmuyacaq o torpağlanmadır.Kullerin qırmızı naqilinə müsbət, qara naqilinə mənfi qoşularsa kuller külləyi və ya havanı bizə vuracaq. Beləliklə pərin vəziyyətinə görə də qütbün müsbət və ya mənfi olmasını müəyyən edə bilərik.

Friday, September 14, 2018

ELEKTRİK TƏHLÜKƏSİZLİYİ ÜZRƏ 3 QRUP ÜÇÜN BİLİKLƏRİN YOXLANILMASI SUALLARI+CAVABLARI



Elektrik təhlükəsizliyi üzrə 3-cü qrup üçün biliklərin yoxlanılmasına dair suallar.


Mövzu 1. Elektrik qurğuları haqqında ümumi məlumatlar
  1. Hansı elektrik qurğuları işlək sayılır?
    Gərginlik altında olan və ya kommutasiya aparatalarının qoşulması ilə gərginlik verilə bilən elektrik qurğusu və ya onun hissəsi.                                                                                                                                                                                       
  2. Sıfır işçi (neytral) naqilləri  necə işarələnir?
    N
    hərfi ilə və mavi rənglə.
  3. Elektrik qurğularının qoruyucu (mühafizə) yerləbirləşdirmə naqilləri hansı hərflə və rənglə işarələnməlidir?
    PE hərfi ilə və eyni qalınlıqlı sarı və yaşıl rəngli növbələnən uzununa və ya eninə zolaqlarla ( 15 mm-dən 150mm-dək olan şinlər üçün) işarələnməlidir.
  4. Birləşmiş sıfır mühafizə (qoruyucu) və sıfır işçi naqillər hansı hərflərlə və rənglə işarələnməlidir?
    PEN
      hərfləri ilə və bu rənglərlə işarələnməlidir: mavi rəng naqilin uzunu boyu və sonlarında sarı-yaşıl zolaqlarla.
  5. Üç fazalı dəyişən cərəyanda şinlər hansı hərflərlə və rənglərlə işarələnməlidir?
    Şinlər: A fazası- sarı; B  fazası – yaşıl; C  fazası – qırmızı rənglə.
  6. Sabit cərəyanda şinlər hansı hərflərlə və rənglərlə işarələnməlidir?
    Müsbət şina (+) — qırmızı rənglə,  mənfi şina  (-) — göy;  sıfır işçi M — mavi rənglə.
  7. Dəyişən cərəyanlı daşınma elektrik qəbuledicilərində hansı gərginlikdən istifadə olunmalıdır?
    380/220 V-dan çox olmayan.
  8. Elektrik təchizatı baxımından hansı elektrik qəbulediciləri ikinci kateqoriyalı elektrik qəbuledicilərinə aiddir?
    İşçilərin, mexanizmlərin və sənaye nəqliyyatının kütləvi dayanmalarına, mal-materialların kütləvi şəkildə buraxılmamasına (istehsal olunmamasına), xeyli sayda şəhər və kənd əhalisinin normal fəaliyyətinin pozulmasına səbəb ola bilən elektrik enerjisində fasilələr yaranan elektrik qəbulediciləri.
  9. Elektrik təchizatı baxımından hansı elektrik qəbulediciləri birinci kateqoriyalı elektrik qəbuledicilərinə aiddir?
     İnsanların həyatı üçün təhlükəyə, dövlətin təhlükəsizliyinə təhlükə yaranmasına, xeyli miqdarda maddi ziyana, mürəkkəb texnoloji avadanlıqların pozulmasına, kommunal təsərrüfatın, rabitə və televiziya obyektlərinin  xüsusilə mühüm elementlərinin funksiyasının (fəaliyyətinin) pozulmasına  səbəb ola bilən elektrik enerjisində fasilələr yaranan elektrik qəbulediciləri.
  10. İkinci kateqoriyalı elektrik qəbuledicilərinin elektrik enerjisi ilə təchiz olunması üçün, neçə qida mənbəyi tələb olunur?
    Bir birini qarşılıqlı rezervləyən (sığortalayan) iki müstəqil elektrik qida mənbəyi.
11. «Elektrik Qurğularının Qurulması Qaydalar»ına (ПУЭ) görə çəpər (mühafizə) və bağlayıcı quruluşlara hansı tələblər qoyulur?
Elə olmalıdır ki, onların götürülməsi və ya açılması yalnız açarların və ya alətlərin köməyi ilə mümkün olsun.
  1. “Yüksək təhlükəli otaqlarda daşınma (əl) fənərlərin qidalandırılması üçün hansı maksimal qərginlik tətbiq olunmalıdır?
    36 V-dan çox olmayan.
  2. Qaynaq (avadanlığı) qoşulmuş paylayıcı elektrik şəbəkəsində hansı maksimal gərginlik ola bilər?
    660 V-dan çox olmayan.
  3. Elektrik cərəyanından zədə almaqdan qorunmaq üsuluna görə elektrik alətləri və daşınma (əl) elektrik maşınları necə səciyyələnir?
    4 sinifə bölünürlər:   sıfır, birinci, ikinci və üçüncü.
  4. İstehsalat otaqlarında ştepsel rozetkaları hansı hündürlükdə quraşdırılmalıdır?
    Döşəmədən 0,8-1,0 м hündürlükdə.
  5. Qəza işıqlandırılması üçün hansı növ fənərlərin (lampaların) istifadəsi tövsiyə olunur?
    Lüminisent və ya közərmə lamapaları.
  6. Pilləkənlərin bir fazalı (bir fazaya qoşulmuş ) qruppalı işıqlandırılmasına hər birinin gücü 60 Wt-a (wat) qədər olan neçə ədəd közərmə lampasının qoşulmasına icazə verilir?
    60 lampadan çox olmayaraq.
  7. Tavan işqılandırılması üçün, hər birinin gücü 80 Wt-a (wata) qədər olan, neçə ədəd lüminisent lampasının bir fazaya qoşulmasına icazə verilir?
     60 lampadan çox olmayaraq.
  8. Tavan işqılandırılması üçün, hər birinin gücü 40 Wt-a (wata) qədər olan, neçə ədəd lüminisent lampasının bir fazaya qoşulmasına icazə verilir?
    75 lampadan çox olmayaraq.
  9. Tavan işqılandırılması üçün, hər birinin gücü 20 Wt-a (wata) qədər olan, neçə ədəd lüminisent lampasının bir fazaya qoşulmasına icazə verilir?
    100 lampadan çox olmayaraq.
  10. Yolun hərəkət hissəsinin üstündə fənərlər hansı hündürlükdə quraşdırılmalıdır?
    6,5 м-dən az olmayaraq.
  11. Trolleybusların kontakt xəttləri üzərində fənərlər yolun hərəkət hissəsindən hansı hündürlükdə quraşdırılmalıdır?
    9 м-dən az olmayaraq.
  12. Piyada yolunda fənərlər torpaqdan (səkidən) hansı hündürlükdə quraşdırılmalıdır?
    3 м-dən az olmayaraq.
  13. İnzibati binalarda  ştepsel rozetkaları maksimum hansı hündürlükdə quraşdırılmalıdır?
    Döşəmədən 1,0 м-dən çox olmayan hündürlükdə.
  14. İnzibati binalarda ümumi işıqlandırma lampalarının (çıraqların) çeviriciləri (vıklyuçatel) döşəmədən hansı hündürlükdə quraşdırılmalıdır?
    0.8-dən 1.7 m-dək hündürlükdə
    .







Mövzu 2. Elektrik qurğularında işlərdə qüvvədə olan norma və qaydaların ümumi müddəaları
  1. “Elektrik Qurğularının Qurulma Qaydaları- “EQQQ”nın (ПУЭ) tələbləri hansı elektrik qurğularına şamil olunur?
    Yeni inşa olunmuş (qurulmuş) və rekonstruksiya olunmuş sabit cərəyanlı və dəyişən cərəyanlı (750 kV-a qədər) elektrik qurğularına.
2.    Elektrik qurğularının qurulması hansı normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır?
- “Elektrik Qurğularının Quruluşu Qaydaları -“EQQQ” (ПУЭ);                             - “İstehlakçıların Elektrik Qurğularının Texniki İstismar Qaydaları –“İEQTİQ” (ПТЭЭП);                                                                                                                                            - “Elektrik Qurğularının Təhlükəsizlik Texnikası Qaydaları – “EQTTQ” (ПТБЭЭ);   - QOST-lar (ГОСТ) ,                                                                                                                      - “Tikinti Norma və Qaydaları- “TN və Q”  (СниП) və s. normativ-texniki sənədlər.
  1. Elektrik təhlükəsizliyi şəraitlərinə görə elektrik qurğuları necə bölünür?
    Gərginliyi 1000 V –a qədər  və gərginliyi 1000 V-dan çox olan elektrik qurğulrı.
  2. “Elektrik Qurğularının Təhlükəsizlik Texnikası Qaydaları – “EQTTQ” (ПТБЭЭ) kimlərə şamil olunur?
    Elektrik qurğularına texniki xidmət göstərən, bu qurğularda operativ çevirmələr edən, belə qurğularla bağlı montaj, sazlama, təmir, sınaq və ölçü işlərini təşkil və icra edən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təşkilatların işçilərinə və digər fiziki şəxslərə şamil olunur.
  3. “İstehlakçıların Elektrik Qurğularının Texniki İstismar Qaydaları –“İEQTİQ” (ПТЭЭП) kimlərə şamil olunur?
    Gərginliyi 220 kV –a qədər (daxil olmaqla) işləyən (fəaliyyətdə olan) elektrik qurğularını istismar edən, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təşkilatlara, fərdi sahibkarlara  və gərginliyi 1000 V-dan yuxarı elektrik qurğularının sahibkarı olan vətəndaşlara.
  4. Elektrik qurğularının istismarı zamanı qayda və normaların  pozulmasına görə hansı məsuliyyət nəzərdə tutulur?
    Qüvvədə olan qanunvericiliyə uyğun.
  5. Elektrik qurğularına bilavasitə xidmət edən şəxslər nəyə şəxsən məsuliyyət daşıyırlar?
    Onların günahı ucbatından baş vermiş pozuntulara və həmçinin onların xidmət etdiyi elektrik qurğularındakı pozuntuların düzgün olmayaraq (səhv) aradan qaldırılmasına görə.
  6. Elektrik qurğularını təmir edən işçilər nəyə (hansı hallara görə) şəxsən məsuliyyət daşıyırlar?
    Aşağı  keyfiyyətli (keyfiyyətsiz) işlərin görülməsi səbəbəindən işdə pozuntulara görə.
  7. Elektrik qurğularında və ya mühafizə vasitələrində nasazlıqları gördükdə işçi nə etməlidir?
    Dərhal bu haqda özünün bilavasitə rəhbərini, o olmadıqda isə - yuxarı vəzifəli rəhbəri məlumatlandırmalıdır.
  8. İnsanları elektrik cərəyanı vurması baxımından otaqlar necə səciyyələnir (klassifikasiya)?
    - yüksək təhlükəli olmayan otaqlar;                                                                                                        - yüksək təhlükəli  otaqlar;                                                                                                                       - xüsusilə təhlükəli otaqlar;                                                                                                                        - açıq elektrik qurğuları olan sahələr.
  9. Hansı otaqlar yüksək təhlükəli otaqlara aiddir?
    А) Nəmişli və cərəyankeçirici tozu olan otaqlar
    B) Döşəməsi dəmirdən, torpaqdan, dəmir-betondan və s. cərəyankeçirici materiallardan olan otaqlar.
    C) Yüksək temperaturu ilə səciyyələnən otaqlar
    D) Torpaqla, texnoloji avadanlıqlarla, mexanizmlərlə və s. ilə əlaqəsi (birləşməsi) olan binaların (tikililərin) metal-konstruksiyalarına bir tərəfdən və digər tərəfdən, elektrik avadanlqlarının metal gövdələrinə (açıq keçirici hissələrinə) eyni zamanda toxunmaq mümkünlüyü olan otaqlar.                                                                                                                                                                                            Sadalanan  bütün otaqlar yüksək təhlükəli otaqlara aiddir.
  10. Hansı otaqlar xüsusilə təhlükəli otaqlara aiddir?
    А) Nəmişli və cərəyankeçirici tozu olan otaqlar
    B) Döşəməsi dəmirdən, torpaqdan, dəmir-betondan və s. cərəyankeçirici materiallardan olan otaqlar.
    C) Yüksək temperaturu ilə səciyyələnən otaqlar                                                                                        D) Sadalanan  bütün otaqlar xüsusilə yüksək təhlükəli otaqlara aiddir.
  11. Hansı otaqlar elektrik otaqlarına aiddir?
    İxtisaslı (peşəkar) xidməti heyətin daxil olması icazəsi olan elektrik avadanlqıları yerləşən  otaqları və ya otaqların hasarlanmış hissələri.
  12. Hansı otaqlar nəmişli sayılır?
    Havasının nisbi rütubəti 75%-dən çox olan otaqlar.
  13. Hansı otaqlar rütubətli sayılır?
    Havasının nisbi rütubəti 60% -75% arasında olan otaqlar.
  14. Hansı otaqlar quru sayılır?
    Havasının nisbi rütubəti 60%-dən az olan otaqlar.
  15. Hansı otaqlar xüsusilə nəmişli sayılır?
    Havasının nisbi rütubəti 100%-ə yaxın olan otaqlar.
  16. Hansı təşkilat elektrik qurğularında elektrik təhlükəsizliyi qayda və normalarına əməl olunmasına dövlət nəzarətini həyata keçirir?
    Energetika Nazirliyinin “Dövlət Enerji Nəzarət İdarəsi”.
  17. İstismara qəbuldan öncə hansı müdət ərzində elektrik qurğularının əsas və köməkçi avadanlıqlarının kompleks yoxlanılması yerinə yetrilir?
    72 saat ərzində.
  18. İstismara qəbuldan öncə hansı müdət ərzində elektrik xəttlərinin  kompleks yoxlanılması yerinə yetrilir?
    24 saat ərzində.
  19. Tələb olunan qaydada istismara buraxılan elektrik qurğularına elektrik enerjisinin verilməsi necə yerinə yetirilir?
    Dövlət Enerji Nəzarət İdarəsindən icazə aldıqdan və enerji ilə təchiz edən təşkilatla müqavilə olduqdan sonra.
  20. Kimlər elektrik qurğularının etibarlılığını və təhlükəsizliyini təmin etməlidir?
    İstehlakçılar.





Mövzu 3. Heyətə və onun hazırlığına olan tələblər
  1. Təşkilatın elektrotexniki heyəti hansı qruplara bölünür?
    - operativ;                                                                                                                            - inzibati-texniki;                                                                                                                   - operativ-təmir;                                                                                                                    - təmir.
  2. Elektrotexniki heyətin elektrik təhlükəsizliyi üzrə biliklərinin yoxlanılması hansı tezliklə aparılır?
    İldə bir dəfədən az olmayaraq.
  3. Elektrik qurğularına xidmət edən heyətin  elektrik təhlükəsizliyi üzrə biliklərinin yoxlanılması hansı vaxtaşırılıqla aparılır?
    İldə bir dəfədən az olmayaraq.
  4. Heyətin biliklərinin növbədənkənar yoxlanılması hansı hallarda keçirilir?
    Biliklərin növbədənkənar yoxlanılması əvvəlki yoxlamanın vaxtından asılı olmayaraq keçirilir:                                                                                                                                                           - İstehlakçı yeni və yenidən işlənilmiş norma və qaydalar tətbiq etdikdə;                                                                         - yeni avadanlıq quraşdırıldıqda, rekonstruksiya olunduqda və ya elektrik və texnoloji sxemlər dəyişdirildikdə;                                                                                                                            - digər bir işə təyin olunduqda və ya köçürüldükdə, əgər yeni vəzifələr əlavə norma və qaydalar tələb edirsə;                                                                                                                                      - işçi tərəfindən əməyin təhlükəsizliyi normaları (tələbləri) pozulduqda;                             - dovlət nəzarət orqanının tələbinə əsasən;                                                                                  - bədbəxt hadisələri və ya energetika obyektinin işində pozuntuları təhqiq edən komissiyanın qərarına əsasən;                                                                                                                        - daha yüksək qrupun verilməsi üçün biliyin artırılması hallarında;                                                                      - biliyin yoxlanılmasında qeyri kafi qiymət aldıqdan sonra, yenidən biliyin yolxanılması halında;                                                                                                                                                     - həmin vəzifədə 6 aydan çox müddətdə fasilə yarandıqda.
  5. İşçi,  elektrik təhlükəsizliyi üzrə sonuncu biliklərin yoxlanılmasında qeyri kafi qiymət aldığı gündən sonra hansı müddət ərzində təkrarən biliklərin yoxlanılmasından keçməlidir?
    Sonuncu biliklərin yoxlanılması günündən etibarən 1 aydan gec olmayaraq.
  6. Elektrotexniki heyət sərbəst işə buraxılmağa  təyinat (icazə) alana qədər hansı müddətdə təcrübəçi kimi çalışmalıdır?
    2 növbədən 14 növbəyə qədər.
  7. Qeyri elektrotexniki heyətə elektrik təhlükəsizilyi üzrə I qrupu verməyə kimin səlahiyyəti çatır?
    Həmin İstehlakçının (şirkət, firma və s.) elektrik təhlükəsizilyi üzrə qrupu III-dən az olmayan elektrotexniki heyətin.
  8. Elektrotexnoloji heyətə kimlər aiddir?
    Elektrotexnoloji qurğulara xidmət edən və işdə elektrik maşınlarını, daşınma elektrik alətlərini və fənərlərini istifadə edən heyət.
  9. Operativ heyətə kimlər aiddir?
    Elektrik qurğularını operativ idarə edən və onlara xidmət edən (baxışı, operativ çevirmələri, iş yerini hazırlamağı, işləyənlərə icazə və nəzarəti, cari istismarla bağlı işlərin yerinə yetirilməsini həyata keçirən) heyət.
  10. Kimlər təmir heyətinə aiddir?
    Elektrik avadanlıqlarına texniki qulluq edən və onları təmir, montaj, sazlayan və sınaqdan keçirən heyət. 
  11. Kimlər operativ-təmir heyətinə aiddir?
    Təsdiqlənmiş həcmdə cavabdeh olduqları elektrik qurğularına  operativ qulluq (xidmət) etmək üçün xüsusi öyrədilmiş və  hazırlanmış təmir heyəti.
  12. Hansı heyət qeyri elektrotexniki heyətə aiddir?
    “Elektrotexniki” və “Elektrotexnoloji” heyət qisminə aid olmayan işçilər.
  13. Elektrik təhlükəsizliyi üzrə III qrupun verilməsində hansı yaş məhdudiyyəti  mövcuddur?
    Elektrik təhlükəsizliyi üzrə III qrup, işçilərə yalnız 18 yaşı tamam olduqdan sonra   verilə bilər.
  14. Elektrotexniki heyətin sərbəst olaraq işə buraxılmasından öncə, hansı müddətdə həmin heyətin ehtiyat heyət (дублирование) qismində olmalıdır?
    2 növbədən 12 növbəyə qədər.
  15. Əgər işçi ona ayrılmış müddətdə ehtiyat heyət (дублирование) kimi lazımi bacarıqlara yiyələnə bilmədisə, o halda onun ehtiyat heyət qismində çalışması hansı müddətə artırıla bilər?
    2 növbədən 12 növbəyə qədər.
  16. Təmir heyətinə hansı vəzifələr aiddir?
    Elektrik avadanlıqlarına texniki qulluq etmək və onları təmir, montaj, sazlamaq və sınaqdan keçirmək. 
  17. Elektrotexniki ali təhsilli işçinin elektrik təhlüksəziliyi üzrə III qrupdan IV –cü qrupa keçməsi üçün nə qədər minimal iş stajı tələb olunur?
    Əvvəlki (III) qrupda 2 ay.
  18. İşçi,  1000 V-a qədər gərginlikli elektrik qurğularına xidmətdən 1000 V-dan yüksək gərginlikli elektrik qurğularına xidmətə keçirilərkən elektrik təhlükəsizliyi üzrə hansı başlanğıc qrupa malik olmalıdır?
    III qrup
  19. Akkumulyator batareyalarına və yükləmə quruluşlarına (зарядные устройства) xidmət etməyə kimlərin hüququ var?
    Elektrik təhlükəsizliyi üzrə III qrupu olan xüsusi öyrədilmiş heyət.
  20. Elektrik qurğularındakı nəzarətçi nəyə cavabdehdir?
    Briqada üzvlərinin elektrik qurğularında elektrik cərəyanından zədə almaqdan qorumağa (onların təhlükəsizliyinə) görə.











Mövzu 4. Elektrik qurğularında təhlükəsiz iş görülməsi qaydaları və şərtləri.
1.    Elektrik qurğularına təkbaşına qulluq (xidmət) edən operativ heyətdən olan işçilər elektrik təhlükəsizliyi üzrə hansı qrupa mailk olmalıdırlar?                                                       III qrupdan az olmayan.
  1. 1000 V-a qədər  gərginlikli elektrik qurğularına təkbaşına qulluq (xidmət) etməyə kimlərin hüququ vardır?
    Qrupu elektrik təhlükəsizliyi üzrə III-dan az olmayan təşkilatın operativ və operativ-təmir heyəti sırasından olan işçilər.
  2. Aşağıda göstərilmiş tədbirlərdən hansılar təşkilati tədbirlərə aiddir? Daha geniş cavablandırın.
    - İşlərin cari istismar qaydasında naryadla, göstərişlə və ya işlərin siyahısı göstərilməklə tərtib olunması (оформление);                                                                                                                              - işə icazə;                                                                                                                                                - iş vaxtı nəzarət;                                                                                                                                          - işdə fasilələrin, digər işə (yerə) keçmənin və işin tamamlanmasının tərtib olunması (оформление).
  3. İşlərin təhlükəsiz görülməsinə kimlər cavbdeh (məsul) ola bilər?                                                    Cari istismar qaydasında yerinə yetrilən işlərə naryad verən, sərəncam verən, işlərin siyahısını təsdiqləyən, işlərə cavabdeh rəhbər, icazə verən, işləri yerinə yetirən, nəzarət edən, briqada üzvləri.
  4. Elektrik qurğularında  işlərin yerinə yetirilməsinə (icrasına) verilən naryad hansı müddətə  verilir?
    İşlərin başlanmasından etibarən 15 təqvim günündən çox olmayaraq.
  5. Elektrik qurğularında  işlərin yerinə yetirilməsinə (icrasına) verilən sərəncam hansı müddətə  verilir?
    Sərəncam birdəfəlik (bir dəfə verilən) xarakter daşıyır və onun qüvvədə qalma müddəti icraçıların iş gününün  davamiyyəti ilə müəyyən olunur (bağlıdır).
  6. Cari təmir qaydasında (qismində) hansı elektrik qurğularında  işlər yerinə yetirilə bilər?
    Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında.
  7. Sərəncamla yerinə yetiriləcək işlərdən öncə elektrotexniki heyət hansı təlimatlandırmadan keçməlidir?
    Məqsədli (Целевой).
  8. Gərginliyin götürülməsi ilə işlərin təhlükəsizliyini təmin edən texniki tədbirlər hansı ardılcıllıqla yerinə yetiriliməlidir?
    Lazımi (tələb olunan) ayırmaları yerinə yetirməli, lazımı yerlərdən qadağanedici təhlükəsizlik plakatlarını asmalı, cərəyandaşıyıcı hissələrdə gərginliyin olmamasını yoxlamalı, yerləbirləşdirməni qoşmalı (quraşdırmalı və ya onun olmasına əmin olmalı), göstərici plakatları asmalı.
  9. Bir qayda olaraq hansı halda işlərin rəhbəri təyin olunur?
    Gərginliyi 1000 V-dan çox olan elektrik qurğularında.
  10. Eelektrik qurğularında işlərə icazə verən elektrik təhlükəsizliyi üzrə hansı qrupa malik olmalıdır?
    rginliyi 1000 V-a qədər olan elektrik qurğularında  - üçüncü qrupa; rginliyi 1000 V-dan çox olan elektrik qurğularında  - dördüncü qrupa.
  11. Elektrik qurğularına nəzarət edən nələrə cavabdehdir?
    Elektrik qurğusunun elektrik cərəyanından zədəalma baxımından briqada üzvlərinin təhlükəsizliyinə.
  12. Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupu olan işçi gərginliyi 1000 V-dan çox olan elektrik qurğularında sərəncamla tək olaraq hansı işləri görə bilər?
    Transfarmatorların və kompressorların ventilyator və yağ nasoslarının elektrik mühərriklərində və mexaniki hissələrində.
  13. Elektrik təhlükəsizliyi üzrə  III qrupu olan briqada üzvü PQ-dakı (Paylayıcı Qurğu) iş yerini müvəqqəti olaraq necə (hansı yolla) tərk edə bilər?
    İş icraçısının icazəsilə, sərbəst olaraq.
  14. Gərginliyi 1000 V-a qədər olan hava elektrik xəttlərində gərginliyin olmamasını yoxlamaq üçün, bu işləri neçə işçi yerinə yetirməli və onlar elektrik təhlükəsizliyi üzrə hansı qrupa malik olmalıdırlar?
    Elektrik təhlükəsizliyi üzrə III  qrupa malik iki işçi.
  15. Səyyar sınaq qurğusundan istifadə etməklə elektrik qurğularının sınağı hansı sənədə əsasən aparılır?
    Naryada əsasən.
  16. Elektrik qurğularının elektrik sxemlərinın faktiki istismara uyğunluğunun yoxlanılması hansı tezliklə yerinə yetirilir?
    İki ildə bir dəfədən gec olmayaraq yoxlama haqqında qeyd aparmaqla.
  17. Ayrıca sahənin elektrik qurğularının  operativ  sxemləri harada saxlanılmalıdır (olmalıdır)?
    Operativ heyətin iş yerində.
  18. Hansı halda elektrik mühərriki elektrik qidalandırma şəbəkəsindən dərhal ayrılmalıdır?                                                                                                                                          А) Tüsütü müşahidə olunduqda və ya yanğın baş verməsinin ilkin əlamətlərində.
    B) İntiqal mexanizmi sıradan çıxdıqda (nasaz olduqda).
    C) Diyircəkli yastıqlar (подшипник) müəyyən olunmuş (yolverilən)  temperaturdan artıq qızdıqda.
    D) İşçi heyətlə bədbəxt hadisə (xəsarətalma) baş verdikdə.                                                                                                     
    E) Qeyd olunan bütün hallarda.
  19. Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında meqaommetrlə ölçü işlərini aparmaq üçün, elektrotexniki heyətdə hansı sənəd olmalıdır?
    Sərəncam.
  20. Elektrik avadanlqılarında təmir işləri apararkən və ya onlara planlı baxış keçirərkən, həmin iş yerinə gərginliyin verilməsinin qarşısını almaq üçün,  kommutasiya aparatlarının intiqallarında hansı qadağanedici təhülksəzilik plakatları asılmaldır?
    İşə salma! Adamlar işləyir”.
  21. Elektrik avadanlıqlarında təmir işləri apararkən və ya onlara planlı baxış keçirərkən, həmin iş yerinə gərginliyin verilməsinin qarşısını almaq üçün, ayırıcıların pnevmatik işəsalıcılarına havanın verilməsini bağlayan (kəsən) siyirtmələrdən (задвижки) hansı qadağanedici plakatalar asılmalıdır?
    «Açmayın! Adamlar işləyir»
  22. Cari istismar qaydasında (qismində) hansı elektrik qurğularında  işlər yerinə yetirilə bilər?
    Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında.    
  23. Aşağıda sadalanan işlərdən hansılar cari istismar qaydasında 1000V-a qədər  olan elektrik qurğularında yerinə yetirilən işlərə aiddir?
    Elektrik sayğaclarının,  digər cihaz və ölçmə vasitələrinin çıxarılması və quraşdırılması.                                                                                                                          



Mövzu 5.  Yerləbirləşdirmə və elektrik təhüksəziliyi üzrə mühafizə tədbirləri.  İldırımdan müdafiə.
  1. Toxunma gərginliyi nədir?
    İki elektrik ötürücü hissə arasında və ya ötürücü hissə ilə yer arasındakı gərginlik, hansılara ki (bu hissələrə) eyni zamanda  insanlar (və ya heyvanlar) toxuna bilər.
  2. “Addım” gərginliyi nədir?
    İnsanın addımına bərabər hesab olunan, yer səthində bir birindən 1 m məsafədə olan nöqtələr arasındakı gərginlik.
  3. İzolyasıya pozulduğu halda (nasaz olan) həmin hissəyə dolayısilə (косвенное прикосновение) toxunmaqla elektrik cərəyanından zədə almaqdan qorunmaq üçün, hansı mühafizə tədbirləri tətbiq olunur?
    Qoruyucu yerləbirləşdirmə.
  4. Süni yerləbirləşdiricilər hansı materiallardan hazırlanmalıdır (olmalıdır)?
    Poladdan, sinklənmiş poladdan və ya misdən.
  5. Mühafizə yerləbirləşdirməsi nəyə deyilir?
    Elektrik təhlükəsizliyini təmin etmək üçün yerləbirləşdirmə.
  6. İşçi yerləbirləşdirmə nəyə deyilir?
    Avadanlığın etibarlı işləməsini təmin etmək üçün (elektrik təhlükəsizliyi baxımından yox) onun cərəyandaşıyıcı hissələrinin hansısa nöqtəsinin və ya nöqtələrinin  yerləbirləşdirilməsi.
  7. Yerləbirləşdirmə naqilləri yerləbirləşdiriciyə və yerləbirləşdimə konstruksiyalarına necə birləşdirilir?
    Qaynaq üsulu ilə və ya xüsusi sıxıcı vasitələrlə (bolt-qayka, xamut).
  8. Yerləbirləşdirmənin görünən hissəsinin vizual baxışı hansı müddətdən bir keçirilməlidir?
    Qrafik üzrə altı ayda bir dəfədən az olmayaraq.
  9. Yerləbirləşdirmə quruluşlarının yeraltı hissələrinin seçimli olaraq qruntun açılması ilə baxışdan keçirilməsi dövriliyi?
    Qrafik üzrə, lakin 12 ildə bir dəfədən az olmayaraq.
  10. Hansı halda yerləbirləşdiricinin elementi dəyişdirilməlidir?
    Əgər onun en kəsiyi 50 %-dən çox aşınmışdırsa (dağılmışdırsa).
  11. İldırım vurma dərəcəsi baxımından hansı obyektlər xüsusi obyektlər hesab olunur?
    Bilavasitə ətraf üçün, sosial və fisiki ətraf  üçün təhlükə kəsb edən obyektlər.
  12. İldırım vurma dərəcəsi baxımından hansı obyektlər adi obyektlər hesab olunur?
    Hündürlüyü 60 m-dən çox olmayan ticarət və sənaye istehsalı üçün nəzərdə tutulmuş binalar və həmçinin yaşayış və inzibati tikililər.
  13. İldırımötürücü (qəbuledici) quruluşlar hansı müddətdən bir yoxlanılır və onlara baxış keçirilir?
    İldə bir dəfə şimşək (ildırım) çaxma mövsümündan öncə.
  14. İldırımötürücü quruluşların elektrik müqavimətinın növbədənkənar ölçülməsi nə vaxt keçirilir?
    İldırımötürücü quruluşlarda və həmçinin mühafizə olunan obyektlərin özündə və onların yaxınlığında təmir işləri aparıldıqdan sonra.
  15. Açıq üsulla çəkilmiş yerləbirləşdirmə naqilləri (şinləri) hansı rənglə boyanmalıdır?
    Qara rəng.
  16. Süni çəkilmiş yerləbirləşdirmə hansı rənglə boyanmalıdır?
    Onlar rənglənmir.


Mövzu 6.  Mühafizə vasitələri
  1. 1000 V –a qədər gərginlikli elektrik qurğularında işləmək üçün hansı mühafizə (qoruyucu) vasitələri elektrikdən mühafizə qismində əsas izoləedici vasitələrə aiddir?
    İzoləedici bütün növ ştanqlar, izoləedici maqqaşlar (kəlbətin), gərginlik ölçənlər, elektrik ölçmə maqqaşları, dielektrik əlcəklər, izoləedici əl alətləri.
  2. 1000 V –a qədər gərginlikli elektrik qurğularında işləmək üçün hansı mühafizə (qoruyucu) vasitələri elektrikdən mühafizə qismində köməkçi izoləedici vasitələrə aiddir?
    Dielektrik qaloşlar, dielektrik xalçalar, izoləedici altlıqlar, izoləedici qapaqlar, izoləedici örtüklər, izoləedici qoyulmalar (nakladka), izoləedici söykənən nərdivanlar, izoləedici qatlanan nərdivanlar, plastik materialdan olan izoləedici nərdivanlar.
  3. 1000 V–dan çox gərginlikli elektrik qurğularında işləmək üçün, hansı mühafizə (qoruyucu) vasitələri elektrikdən  mühafizə qismində əsas izoləedici vasitələrə aiddir?
    Bütün növ izoləedici ştanqlar, izoləedici maqqaşlar (kəlbətin), gərginlik ölçənlər.
  4. Hansı mühafizə vasitələri fərdi mühafizə vasitələrinə aiddir?
    Başı, gözləri, nəfəs orqanlarını, sifəti, əlləri qoruyan mühafizə vasitələri, hündürlükdən yıxılmadan qoruyan mühafizə vasitələri, qoruyucu xüsusi geyimlər.
  5. Elektrik qurğularında istifadə olunan mühafizə (qoruyucu) vasitələri hansı müddətdən bir baxışdan keçirilməlidir (yoxlanılmalıdır)?
    6 ayda bir dəfədən az olmayaraq.
  6. Istifadə (yararlıq) müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək olarmı?
    Olmaz (qadağandır).
  7. Işçi bilavasitə elektrikdən mühafizə (qoruyucu) vasitələrini istifadə etməzdən öncə, necə təyin (müəyyən) edə bilər ki, elektrikdən mühafizə vasitələri istismar sınaqlarından keçmişdir və istifadə üçün yararlıdır?
    Mühafizə (qoruyucu) vasitələrinə vurulmuş  ştampa və ya markalanmaya görə.
  8. Hansı elektrik qurğularında nəzarət (yoxlayıcı) lampalarından gərginliyi yoxlamaq üçün istifadə etmək olar?
    Nəzarət lampalarını istifadə etmək qadağandır.
  9. Hansı elektrik qurğularında gərginlik göstəricilərindən istifadə edərkən dielektrik əlcəklər geyinilməlidir?
    Gərginliyi 1000 V-dan artıq olan elektrik qurtğularında.
  10. 1000 V-a qədər gərginlikli elektrik qurğularında gərginliyin olmamasını yoxlamaq üçün, gərginlik göstərcisinin nəzarət olunan tokdaşıyıcı hissələrlə bilavasitə hansı müddət ərzində kontaktı təmin olunmalıdır?
    5 saniyədən az olmayaraq.
  11. Elektrikölçmə maqqaşları nə üçün nəzərdə tutulub?                                                                  A) Gərginliyi 10 kV qədər olan xətlərdə cərəyanı ölçmək üçün.
    B) Gərginliyi 1000 V qədər olan elektrik qurğularında cərəyanı ölçmək üçün.
    C) Gərginliyi 1000 V qədər olan obyektlərdə gərginliyi və gücü ölçmək üçün.
    D) Qeyd olunan bütün olçmələr üçün.
  12. Hansı elektrik qurğularında dielektrik əlcəklər elektrikdən əsas izoləedici mühafizə vasitələri kimi istifadə olunur?
    Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında.
  13. Hansı elektrik qurğularında dielektrik əlcəklər koməkçi (əlavə) izoləedici elektrik mühafizə vasitələri kimi istifadə olunur?
    Gərginliyi 1000 V-dan artıq olan elektrik qurğularında.
  14. Dielektrik əlcəklərdə deşiyin (yırtığın) olması hansı üsulla yoxlanılır?
    Barmaqlara tərəf  büküb (fırladaraq) yığmaqla.
  15. Hansı elektrik qurğularında dielektrik qaloşlar istifadə olunur?
    Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında.
  16. Hansı elektrik qurğularında dielektrik botlar istifadə olunur?
    Bütün elektrik qurğularında.
  17. Mühafizə dəbilqəsi nə üçün nəzərdə tutlumuşdur?
А) İşləyənin başını mexaniki zədələrdən qorumaq üçün.
B) İşləyənin başını sudan və aqressiv maddələrdən qorumaq üçün.
C) İşləyənin başını 1000 V-a qədər elektrik cərəyanı altında olan cərəyandaşıyıcı hissələrə təsadüfən toxunduqda elektrik cərəyanından qorumaq üçün.                                                                                                                                         D) Bütün sadalanan təhlükələrdən qorunmaq üçün.
  1. Sadalanan plakatlardan hansı plakat qadağanedici plakata aiddir?
    А) “Qoşma! Adamlar işləyir”.
    B) «
    Dayan! Gərginlik»
    C) «Dırmaşma! Öldürər»
    D) «Ehtiyatlı ol! Elektrik gərginliyi»
19. Sadalanan plakatlardan hansı  xəbərdaredici plakata aiddir?
А) “Qoşma! Adamlar işləyir”.
B) «Gərginlik altında iş. Təkrarən qoşmamalı!»
C) «Yerlə birləşdirilmişdir»                                                                                                          D
) “Ehtiyatlı ol! Elektrik gərginliyi”
  1. Sadalanan plakatlardan hansı  göstərici (məlumatverici) plakata aiddir?
    А) “Qoşma! Adamlar işləyir”.
    B) «Gərginlik altında iş. Təkrarən qoşmamalı
    C) “Yerlə birləşdirilmişdir”.                                                                                 
    D) Ehtiyatlı ol! Elektrik gərginliyi
  2. “Ehtiyatlı ol! Elektrik gərginliyi” plakatı hansı növ elektrik təhlükəsizliyi plakatına aiddir?
    Xəbərdaredici.
  3. “Yerlə birləşdirilmişdir” plakatı hansı növ elektrik təhlükəsizliyi plakatına aiddir?
    Göstərici (məlumatverici).
  4. Dielektrik xalçaların xarici görünüşünə olan tələblər?
    Onların üz tərəfi kələkötür olmalı və bir rəngdə olmalıdırlar.
  5. Elektrik transformatorlarının giriş qapısında quraşdırılan “Ehtiyatlı Ol! Elektrik gərginliyi” xəbərdaredici plakatın fonu (fon rəngi) hansı rəngdə olmalıdır?
    Sarı
  6. Yüksək gərginlikli elektrik xəttlərinin dəmir-beton dirəklərinə trafaretlə həkk olunan “Ehtiyatlı Ol! Elektrik gərginliyi” xəbərdaredici plakatın fonu (fon rəngi) hansı rəngdə olmalıdır?
    Fon kimi dəmir-beton dirəyin səthinin öz rəngi (yəni boz).
26. “Elektrik qurğularının qurulması qaydaları”na görə çəpərləmə və bağlayıcı quruluşlara hansı təhlükəsizlik tələbləri qoyulur.
  Elə olmalıdır ki, onları çıxarmaq və ya açmaq açarla və ya alətlə mümkün olsun.






Mövzu 7.  İlkin yardım
  1. Elektrik cərəyanı insan orqanizminə hansı spesifik təsirə malikdir?                                                                                                   А) Termiki (istilik) təsir.
    B) Mexaniki təsir.
    C) Elektrik (biokimyəvi) təsir.
    D)  Bütün qeyd olunanlar spesifik təsirlərə aiddir.
2.    Hansı elektrik cərəyanı insan üçün daha təhlükəlidir: sabit və ya dəyişən?
Dəyişən cərəyan
  1. İnsan bədənindən elektrik cərəyanının axma yolları  петли тока?
    Əl-əl, əl-ayaq, əl-baş, ayaq-ayaq, baş-ayaq.
  2. İnsan  elektrik cərəyanından zədə aldıqda (cərəyana düşdükdə) ilk öncə nə etmək lazımdır?
    Elektrik cərəyanını ayırmalı (söndürməli, təcrid etməli).
  3. “Addım gərginliyi” zonasında necə hərəkət etməli?
    «Qaz yerişilə”- pəncələri bir birindən ayırmadan.
  4. Elektrik cərəyanına düşən və bu zaman özünü normal hiss edən insanın tibbi yardıma ehtiyacı vardırmı?
    İstənilən halda ehtiyac vardır.
  5. İnsan bədənindən keçən dəyişən elektrik cərəyanının hansı səviyyəsi ölüm təhlükəli hesab olunur?
    100 мА
  6. Elektrik xətti yerə düşmüş yerdən maksimal hansı radiusda “addım gərginliyi”nə düşmək olar?
    Naqilin yerə toxunan yerindən 8 m radiusda.
  7. Elektrik cərəyanından xəsarətalmış insana hansı ardıcıllıqla həkiməqədər ilkin yardım göstərilməlidir, əgər həmin şəxs şüurda deyilsə, lakin boyun arteriyalarında nəbz varsa?
    Nəbzin olmasına əmin olmalı, yan tərəfə çevirərək ağızındakı qusuntunu təmizləməli (əgər varsa), başına soyuq kompress qoymalı, ehtiyac varsa yaraya (zədələnmiş yerə) sarğı və şina qoymalı, təcili tibbi yardım çağırmalı.   
10. Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularını hansı ilkin yanğınsöndürmə vasitələri ilə söndürmək olar?
Quru tozlu və ya karbon qazlı odsöndürücü ilə.
                                                                          


İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov